“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilibPolşada Azərbaycanlı Gənclər Şurasının dəstəyi ilə “Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ZiM.Az-a verilən məlumata görə, kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilir. İngilis dilində nəşr olunan kitabça 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu, 1923–1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy YadigarSovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev haqqındadır.

Bu barədə məlumat verən Polşada Azərbaycanlı Gənclər Şurasının baş katibi Rəsul Məmmədov həmçinin qeyd edib ki, qısa zamanda kitabçanın polyak dili versiyası da nəşr olunacaq.
R.Məmmədov kitabçanın Azərbaycan və Polşa dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verilən kiçik töhfə olduğunu bildirib.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: