(1963)
Nübar Veyis qızı Həsənova - Musayeva 1963-cü il fevralın 10-da
Ulu Borçalımızın qədim Başkeçid (indiki Gürcüstanın Dmanisi)
rayonundakı Qızılkilsə kəndində anadan olub.
1980-ci ildə Qızılkilsə kənd orta məktəbini bitirib.
1982-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub.
Bir müddət iqtisadçı işləyib. Müxtəlif vəzifələrdə çalışıb.
“Fidan” şirkətinin təsisçisi və baş direktoru olaraq
xeyirxah iş adamı kimi tanınıb.
Nübar xanım həm də gözəl anadır.
Ömür-gün yoldaşı Rövşən Rəhim oğlu Musayevlə birlikdə
üç gözəl övlad – iki qız, 1 oğlan böyüdüb boya-başa çatdırıblar.
Nübar Veyis qızı hazırda “Şəqrin səsi” qəzetinin redaktor müavinidir.
O, həm də bədii yaradıcılıqla da məşqul olur.
Hələ gənclik illərindən şeir yazmağa başlayıb.
Şeirləri müxtəlif qəzet səhifələrinədə və
poeziya almanaxlarında çap olunub.
“Bənövşə” adlı ilk şeirlər kitabı
çap ərəfəsindədir.
Əminik ki, Nübar xanımım ilk kitabı
oxucular tərəfindən böyük maraqla
qarşılanacaqdır!..
Biz də Nübar xanıma uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
əmək fəaliyyəıtində və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
("Sazlı-Sözlü BAŞKEÇİD" kitabından)
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.