Borçalının el ağsaqqalı, tanınmış ictimai-siyasi xadim ALLAHVERDİ HÜMBƏTOV (1944-2008)

Borçalının el ağsaqqalı, tanınmış ictimai-siyasi xadim ALLAHVERDİ HÜMBƏTOV (1944-2008) Allahverdi Hümbətov -
1944-cü ilin oktyabrın 6-da
Tiflisdə anadan olub.
O, 1961-ci ildə Tiflisdəki
72 nömrəli rus orta
məktəbini bitirib və
1962-1968-ci illərdə
Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb.
Təyinat müddəti başa çatdıqdan sonra doğma vətənə - Borçalıya, elinə-obasına qayıdıb.
Marneulidə bir çox vəzifələrdə işləyib.
1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.

Bütün bu uğurlarının, əldə etdiyi nailiyyətlərinin nəticəsi olaraq Allahverdi Hümbetov 2004-cü ildə
Burcanadze-Demokratlar blokundan Gürcüstan Parlamentinə deputat seçilib və ömrünün son illərində
parlamentin deputatı kimi də öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib.

Allahverdi Hümbətov tanınmış ictimai-siyasi xadim olmaqla yanaşı, həm də
Borçalının sayılıb-seçilən el ağsaqqallarından biri olub.


Onu da qeyd edək ki, ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş məlum hərc-mərclik dövründə, erməni-sivan birləşmələrinin Borçalının bir çox yerlərində təxribatlar törədərək soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmağa çalışdıqları zaman Allhverdi Hümbətov həmin təxribatların qarşısının alınmasında böyük xidmətlər göstərmişdir. Belə ki, o, ixtişaşların elə ilk günlərindən əsasən Marneuli şəhəri və ətraf kəndlərdə, kəndlilərdən ibarət xüsusi briqadalar yaratmış, bütün kəndlərin giriş çıxışına postlar qoydurmuş, soyuq silahlarla (kənd təsərrüfatı alətləri: balta, lapatka, yaba və s.) silahlanmış əhali təxribatçıları evlərinə qədər qovmuşdur. Daha sonra isə o, öz şəxsi vəsaiti hesabına aldıgı 6 ədəd "Kalaşnikov" avtomatı ilə təchiz edilmiş on iki nəfərdən ibarət xüsusi xalq drujinası yaratmış, həmin silahları rayon polis şöbəsində qeydiyyatdan keçirtmiş və Xalq drujinasının üzvü olan həmin 12 nəfərlik dəstəyə avtomat silah daşımaq üçün rəsmi icazə almışdı. Hökumət həmin dövrdə təxribatçılarla bacara bilmədiyinə və öz vətəndaşlarını həmin təxribatçılardan qorunmaqda aciz olduğuna görə ağsaqqal Allahverdi Hümbətovun bu təklif-müraciətlərinə müsbət cavab verməyə məcbur olmuşdu.

A.Hümbətov Dünya Azərbaycanlılarının I və II Qurultaylarının nümayəndəsi olub.

Onun əməyi Azərbaycan və Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilib.

Haqqında "Dostluq körpüsü" adı dəyərli bir kitab yazılıb, iki sənədli film çəkilib və mətbuatda onlarla məqalə işıqüzü görüb.

Allahverdi Hümbətov 2008-ci il fevralîn 5-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: