"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ziyarət edib

"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ziyarət edib"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ziyarət edib"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ziyarət edib Qonşu Gürcüstanın paytaxtı Tiflis şəhərində fəaliyyət göstərən
"Borçalı" Gənclər Birliyinin sədri Elmar Novruzov bu gün Bakıya gəlib.
O, əvvəlcə Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin
və akademik
Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Elmar Novruzov sonra Şəhidlər Xiyabanına yollanıb. O, 20 yanvar Şəhidlərnin və eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın məzarlarnı ziyarət edib.


Daha sonra Elmar Novruzov Bakıda fəaliyyət göstərən bir sıra ictimai birlikərin və qeyri-hökumət təşkilatlarının ofislərində olub, işgüzar görüşlər keçirib.

"Borçalı" Gənclər Birliyinin sədri Elmar Novruzov ZiM.Az-a bildirib ki, "Gürcüstan Texniki Universitetinin hüquq fakültəsinin 1-ci kurs tələbəsiyəm.
Məqsədimiz Gürcüstanda yaşayan gənclərin, xüsusilə də tələbələrin problemlərini araşdırmaq, ictimailəşdirmək və aradan qaldırmaqdır.
Biz eyni zamanda Azərbaycanmızın siyasi arenada inkişafını və düzgün mövqeyini hər zaman dəstəkləyəcəyik."


Biz də "Borçalı" Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayırıq!..

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: