TƏBRİK EDİRİK!...
Azərbaycan
Respublikasının
Prezidenti
İlham Əlievin
27 yanvar 2017-ci il
tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, dəyərli eloğlumuz,
əslən qədim Borçalı mahalından olan,
gömrük xidməti general-leytenantı Aydın Əli oğlu Əliyev gömrük xidməti
general-polkovniki ali xüsusi rütbəsi verilib.

Əslən qədim Borçalı mahalından olan
Aydın Əli oğlu Əliyev
1957-ci il mayın 28-də Bakı şəhərində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.
1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr,
Ali Məhkəmədə şöbə rəisi vəzifələrində çalışıb.
1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi,
aparıcı mütəxəssis, Baş İdarə rəisi işləyib.
1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Gömrük Komitəsi Sədrinin birinci müavini vəzifəsində çalışıb.
2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədridir.
Xatırladaq ki, Aydın Əliyev - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsinin müdir müavini, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü Sərdar Əliyevin qardaşıdır və Sairə Əliyeva adlı xanım ilə ailəlidir, 2 övladı var.
Biz də dəyərli eloğlumuz - Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri,
əslən qədim Borçalı mahalından olan Aydın Əli oğlu Əliyevi
gömrük xidməti general-polkovniki
ali xüsusi rütbəsinə layiq görülməsi münasibətilə
şəxsən öz adımdan, eləcə də "Borçalı" İctimai Birliyinin Sədri Kərəm Məmmədov başda olmaqla Birliyin İdarə Heyəti və
ZiM.Az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir və
ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.