Biz vaxtımızı kitab oxumağa daha çox ayırsaq təbii ki, lüğət tərkibimiz daha keyfiyyətli və mənbəli olacaqdır və ən əsasında isə nitqimizi gucləndirəcəkdir.
Və hər birimiz bilirik ki, kitabdan aldığımız və alacağımız bilik (məlumat,təhsil) hər daim,hər yerdə başımızı daha da uca edəcəkdir.
Qeyd etmək istəyirəm ki, mütailə ilə daha çox məşğul olduqda insanın həyata baxışı dəyişir və gələcəkdə daha yaxşı hadisələrin baş vercəyinə ümid edir.Sözün əsl mənasında kitab bilik mənbəyidir.
Elə düşünürəm ki, internet (sosial şəbəkə) və kitablar arasında çox fərq vardır. Kitab oxuduqda internetdən fərqli olaraq gözlərimiz yorulmur, insan bütün varlığı ilə əsərin içərisinə daxil olur və rahatlaşır. Ümumiyyətlə, insan həyatında kitab çox böyük rola malikdir və kitabı heç nə əvəz edə bilməz.
Həqiqətən mükəmməl yazıçıların əsərlərini oxuya-oxuya mükəmməl nitqə sahib olmaq mümkündür.
Belə ki, kitab-həyatdır, kitab-sevgidir.
Kitab xəyal dünyamıza açılan qapıdır.
Səma HƏSƏNOVA,
Borçalı mahalı,
Aşağı Saral kənd orta məktəbinin
X sinif şagirdi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.