Marneulidə “Etallon Şagird” məlum olub

Marneulidə “Etallon Şagird” məlum olub Marneulidə “Etallon Şagird” məlum olubMarneulidə “Etallon Şagird” məlum olub Marneulidə “Etallon Şagird” məlum olub Marneulidə “Etallon Şagird” məlum olub Marneulidə “Etallon Şagird” məlum olub Sosial-təhsil yönlü “Etallon” layihəsi çərçivəsində “Marneulili Etallon Şagird” dəqiqləşib.

Marneuli bələdiyyəsindən Turac İbrahimova ZiM.Az-a bildirib ki, Milli intellekt-çempionatı
Marneuli şəhəri 8 saylı ictimai məktəbdə
təşkil olunub.

Marneulidə bilikləri ilə seçilən gənclər birincilik üzrə bir-birinə qarşı mübarizə aparıblar.

Tədbirdə Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri, yerli təhsil ehtiyat mərkəzinin nümayəndələri, ictimai məktəb direktorları, şagirdlər və valideynlər iştirak ediblər.

Gərgin intellektual mübarizə nəticəsində
Marneulinin Qasımlı kənd ictimai məktəbinin
10-cu sinif şagirdi Elman Bəkirov
“Marneulili Etallon Şagird”
adını qazanıb.

Marneuli Bələdiyyəsinin Özünüidarəetməsinin nümayəndələri, layihədə iştirak edən məktəblərə, direktorlara, şagirdlərə və təhsil ehtiyat mərkəzinin nümayəndələrinə layihəyə fəal qoşulduqlarına görə təşəkkürünü bildirib, qalib şagird Elman Bəkirovu isə qalibiyyəti münasibəti təbrik edərək final yarışında uğurlar arzulayıblar.

Qeyd etmək lazımdır ki, “Etallon” 2016-2017-ci tədris ili müddətində Gürcüstanın hər bir bələdiyyəsinə qonaq olaraq yerindəcə “Etallon Şagird”ləri aşkarlayacaq.

Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə
həyata keçirilir.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: