Marneuli şəhərindəki
„Ata Holding“ binasında Gürcüstan Azərbaycanlıları Konqresinin dəstəyi ilə Birləşmiş Gürcüstan Aşıqlar İttifaqının
təqdimat mərasimi
keçirilib.
Gürcüstan Azərbaycanlıları Konqresindən ZiM.Az-a bildiriblər ki, təqdimat mərasimində aşıqlarla yanaşı Gürcüstan Parlamentinin depudatları Ruslan Hacıyev, Tamaz Naveriani, Gürcüstanın Rentiqrasiya Nazirinin milli azlıqlar üzrə müşaviri Zaur Darğallı, Marneuli rayonunun Bələdiyyəsinin sədr müavini Akif Əliyev,
eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov,
eləcə də GAK-ın bölgələrdəki
nümayəndələri və b.
iştirak ediblər.
Təqdimat mərasimində
Xəlil Hüseynov
Birləşmiş Gürcüstan Aşıqlar İttifaqının sədri seçilib.
Tədbirdə Gürcüstan Parlamentinin deputatları
Ruslan Haciyev və
Tamaz Naveriani
çıxış edərək bildiriblər ki, bu təşkilatın yaradılması Gürcüstanda aşıq sənətinin inkişafı üçün böyük bir başlanğıcdır.
Xəlil Hüseynov proqram xarakterli çıxış edərək təşkilatın gələcək fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri
Hüseyn Yusubov çıxış edərək Xəlil Hüseynovun çox böyük bir təşkilatçılıq qabilyəti olduğunu vurğulayıb və təşkilatın fəaliyyətinə həmişə dəstək olacağını bildirib.
Gürcüstanın Renteqrasiya Nazirinin müşaviri
Zaur Darğallı çıxış edərək saz sənətinin bölgədə inkişafına ehtiyac olduğunu bildirib.
Tədbirin sonunda ustad aşıqlar bir çox saz havaları
ifa ediblər.
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
Birləşmiş Gürcüstan
Aşıqlar İttifaqına
gələcək fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.