Gözümün nuru,
canım oğlum - Şərif-Turanım,
17 yaşın mübarək!
Ömrün uzun,
yığvalın yüyrək olsun!
Allah bütün evladları və
səni pənahında saxlasın!..
Göydən bir noğul gəldi –
Dərd sevincə qul gəldi!
Ömrümə oğul gəldi
Özü – Ər, adı – Turan!
Tayfamın qan yaddaşı,
Canımın can sirdaşı,
Üç bacının qardaşı,
Ocağın odu – Turan!
Havam, suyum, nəfəsim,
Arzum, eşqim, həvəsim,
Yolum, ülküm – hədəfim,
Bir böyük TURANDI Turan!
REDAKSİYADAN:
Biz də istedadlı qələm dostumuz, tanınmış şair-tərcüməçi Xaqani Qayıblının bu səmimi təbrikinə və xoş arzularına qoşularaq, Şərif-TURANı Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan həyat, yeni-yeni uğurlar, bol-bol nailiyyətlər, bir sözlə, xoşbəxtlik arzulayırıq!..
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.