Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçirilib

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçirilib Gürcüstan. Azərbaycanlıların kompakt yaşadığı Marneulidəki AtaHoldinq İdman Sarayında Azzərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Bolnisi rayonunun Saraclı kənd sakini, AYB-nin üzvü, istedadlı şair Nizami Saraçlının 65 illik yubileyi qeyd olunub. Yubiley tədbirini Gürcüstanda nəşr olunan "Region press" qəzetinin redaktoru Binnət Məmmədov açaraq şairin 20 kitab müəllifi olduğunu, Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mayoru kimi istefada olduğunu bildirib: "Nizami Saraclı Qarabağ döyüşlərində iştirak edib. "N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olub və sonralar Azərbaycan radio və televiziyasında jurnalist kimi çalışıb. Hazırda 65 yaşlı şair döğma kəndi Saraclıda yaşayır."

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı, nəşr olunan kitabları haqqında ətraflə məlumat verib. Sonra çıxışçılardan yazıçı və şairlərdən Əli Abbas, Allahverdi Təhləli, Osman Əhmədoğlu, Güllü Tomayeva, Səadət Buta, 92 yaşlı el şairi Tahir Həkimli (Padaroğlu), Gürcüstan Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, istefada olan polkovnik- leytenant İsmayıl Həkimli, Sadaxlı kənd məktəbinin direktoru Adil Şərifov, ziyalı Əmiraslan Əlizamanlı və başqaları çıxış edərək 65 yaşlı şairi yubiley münasibətilə təbrik edərək ona cansağlığı və daha böyük yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə şair Nizami Saraclı AMM-in "Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə" diplomu ilə təltif edilib. Sonra iştirakçılar yubilyara gül-çiçək dəstələri, şairin şəkili toxunan xalça və digər hədiyyələr tədim ediblər.

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçirilibTədbirdə Aşıq Nargilə Mehtiyeva və Aşıq Bafəli Adıgözəlov aşıq mahnıları oxuyaraq tədbiri şənləndiriblər.

Sonda şair Nizami Saraclı tədbir iştirakçılarına yubiley tədbirinə qatıldıqları üçün təşəkkür edib və qələmə aldığı yeni şeirlərini oxuyub.

Tədbirdə şairin "Sara Xatun" əsəri əsasında hazırlanan tamaşayanın video-lenti nümayiş olunub.
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçirilib
"Region press" qəzetinin redaktoru Binnət Məmmədov açıqlamasında AYB-nin üzvü, istedadlı şair Nizami Saraclının bir çox makafatlara layiq görüldüyünü bildirib: "Şair Nizami Saraclı 1991-ci ildə 43 ölkədən olan 3.500 şairin iştirak etdiyi müsabiqənin qalibi olaraq "Beynəlxalq Peyğəmbər" mükafatı alıb, 2002-ci ildə 5 ölkənin sədrliyi ilə Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi "Dünya həqiqətlərini ictimaiyyətə çatdırdığına və döyüş xidmətlərinə görə" "Avrasiya" mükafatına layiq görülüb. O, 2002-ci ildə ona Gürcüstanın ali mükafatı olan "Şərəf" ordeni təqdim edilib. N. Saraclı 2003-cü ildə 7 ölkə şairlərinin müsabiqəsinə qatılıb və qalib olaraq Beynəlxalq "Abay" mukafatına sahib olub."

Nizami Məmmədzadə
Gürcüstan


Redaksiyadan:

Biz də istedadlı qələm dostumuz, tanınmış şair-dramaturq hörmətli Nizami Saraclını anadan olmasının 65 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: