Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıbGürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb İmir Təpəsində Ekspedisiya Öz İşini Tamamlayıb

Marneuli Bələdiyyəsinin İmir kəndində B.E.Ə. VI minilliyə aid edilən arxeoloji abidələr (İmir Təpəsi və Şulaver Təpəsi), Gürcüstanın Milli Muzeyi və Toronto universitetinin birgə apardığı bir aylıq arxeoloji ekspedisiya işləri sona çatıb.
Məsələ ilə bağlı İmirin arxeoloji abidəsi yanında tədbir təşkil olunub.


Borçalıdan Turac İbrahimova ZiM.Az-a bildirib ki, Görüşdə Kvemo Kartli Qubernatorunun müavini Aleksandre Metreveli, Marneulinin İcra Başçısı Merab Topçişvili, Bələdiyyənin Sədri Nəbi Abdullayev və Yerli Hakimiyyətin digər nümayəndələri, Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Qiorqi Samanişvili, agentliyin rəhbər müavini Davit Mağradze, Mədəni İrs Agentliyinin baş direktorunun müavini Paata Qaprindaşvili, Gürcüstan tərəfinin ekspedisiya rəhbəri, professor Mindia Calabadze, Toronto universitetinin professorları: Endryu QrehemStefan Batiyuk iştirak ediblər.

Tərəflər bu il həyata keçirilən işləri yekunlaşdırdıqlarlarını bildiriblər, abidənin mühümlüyündən danışıblar, muzeyin konsepsiyası məsələlərini və gələcək planları müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, 2014-cü ildən Gürcüstan Hakimiyyətinin dəstəyi ilə Milli Şərab Agentliyinin, Gürcüstanın Milli Muzeyi və “Gürcü Şərabı” Asossiasiyasının birgə layihəsi olan “Gürcü Üzüm Tənəyi və Şərab Mədəniyyətinin Araşdırılması” dünya miqyasında gürcü şərabının inkşafı və təbliğatına təkan verir. Layihə çərçivəsində neolit dövrünün qədim kəndi - İmir Təpəsində və Gürcüstan torpaqlarında kəşf olunan müxtəlif tarixi epokaların üzüm tənəyi qalıntılarının araşdırılması və otüstü-arxeoloji qazıntılar davam edir.

Gürcü elm işçiləri ilə birlikdə layihədə Pensilvaniya, Milan, Kopenhagen, Toronto universitetlərinin İsrailin Vaisman institutunun və Monpeliyanın aqrar araşdırmaları institutunun araşdırmaçıları fəaliyyət göstərirlər. Layihənin rəhbəri Elmlər doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Davit Lortkipanidzedir.
Layihənin meneceri Levan Davitaşvili, koordinatoru isə Davit Mağradzedir.
Arxeoloji ekspedisiyanın rəhbəri, Milli Muzeyin arxeoloji kolleksiyaların baş kuratoru professor Mindia Calabadzedir.
Arxeoloji qazıntılar nəticəsində Kvemo Kartlidə VI minilliyə aid edilən qədim üzüm tənək qalıntıları tapılıb. Ətraflı araşdırmalar nəticəsində vəhşi tənəkləri insanlar ilk dəfə Gürcüstanda özününküləşdiriblər, sonra da zaman keçdikcə çaxır mədəniyyəti yaranıb. Saxsı qablarda üzüm toxumlarının qalıqları tapılıb ki, buda saxsı qabda çaxır olduğunu təsdiqləyir.

2014-cü ildən “Gürcü Tənəyi və Şərab Mədəniyyətinin Araşdırmaları” beynəlxalq layihəsinə başlanılıb.
Bu müddət ərzində yaşayış məntəqələri, müxtəlif əmək alətləri, qablar, məişət çuxurları və s. tapılıb.

Tapılan alətlər, əşyalar üzərində işləmələr və paleo-botanik aşardırmalar nəticəsi Gürcüstan ərazisində daha qədimdən çaxır-üzümçülük mədəniyyətinin mövcud olduğunu təsdiqləyəcək.

Proqramın məqsədi Gürcü Mədəni Abidələrin, onu öyrənən elm işçilərinin-Gürcüstan Tarixi və tarixi intizamların-arxeologiyanın, etnologiyanın, paleobotanikanın təbliğatıdır.

Yunis QARAXANOV,
ZiM.Az


.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: