Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"“Alxanlı kəndində baş verən hadisə əxlaq normalarına sığmır. Bu, tək azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş çirkin cinayətdir”.

Bunu AzVision.az–a Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Alxanlıda baş verən erməni təxribatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Alxanlı faciəsi dünya ölkələrinin parlamentlərində qaldırılmalıdır.

“Azərbaycanın dinc sakinlərinin ermənilər tərəfindən qətlə yetirilməsi məsələsini Gürcüstan parlamentində qaldırmaq istəyirik. Amma hazırda Gürcüstan parlamenti yay tətilindədir. Gürcüstanlı həmkarlarımızla bu barədə danışmışıq. Onlar da belə bir hadisədən təəssüfləndiklərini bildiriblər”.

A.Süleymanov hesab edir ki, Azərbaycan Minsk Qrupundan imtina etməlidir: “Neçə illərdir bu məsələnin həlli istiqamətində ciddi addım atmırlar. Həmsədrlərdən imtina etməyin vaxtı çatıb. Dünyada 60 milyon azərbaycanlı var. Hər birimiz müharibəyə hazırıq. İstərdim ki, ermənilər qulaqlarını açıb, bunu eşitsinlər. Gürcüstanda 500 minə yaxın azərbaycanlı var. Bizim hər birimiz cənab prezidentin əmrini gözləyirik. Müharibəyə, 2 yaşlı Zəhranın qisasını almağa hazırıq. Ermənilər sülh dilini başa düşmürlərsə, müharibə dilini yaxşı başa düşəcəklər”.

Anar Kəlbiyev

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: