Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb Hakim partiyanın siyahısında digər dəyişikliklərin də olunacağı istisna olunmur

ZiM.Az Report.az-a istinadən xəbər verir ki, Gürcüstanın “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası bələdiyyə seçkiləri ilə bağlı namizədlərinin siyahısına dəyişiklik edib.

Belə ki, hakim partiya Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə namizədini dəyişib.
Marneulidən əvvəlcə Amiran Giorqadzenin namizədliyi irəli sürülsə də, bu gün namizədlərin siyahısında dəyişiklik olunub.

Bu vəzifəyə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd irəli sürüb Hakim partiyadan bildiriblər ki, əvvəlcə siyahı tərtib olunarkən bəzi amillər nəzərə alınmayıb. Lakin müzakirələrdən sonra azərbaycanlıların yığcam yaşadıqları bölgələrdən azərbaycanlı namizdələrin irəli sürülməsi barədə qərar qəbul olunub.
Hakim partiyanın siyahısında digər dəyişikliklərin də olunacağı istisna olunmur.

Qeyd edək ki, hazırda “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının siyahısında Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Bolnisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin adları əksini tapıb.

Ermənilərin sıx yaşadıqları Samtsxe-Cavaxetiya regionunda isə “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası iki nəfər erməni əsilli vətəndaşın namizədliyini irəli sürüb.

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: