DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİBDARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB Gürcüstanın Bolnisi rayonunundakı Darvaz kəndi özünün ziyalı və alimləri, zəhmətkeş insanları ilə regionda tanınmış ellərdən biridir. Bu günkü Darvaz elinin firavan həyat tərzi, mədəni və mənəvi inkişafı ilə əlli il öncəki Darvazdan çox fərqlənir.
Bu uğur və nailiyyətlər Darvazlıların zəhmətkeşliyinin, elsevərliyinin və qədirbilənliyinin bariz nümunəsidir.


Bu günlərdə Darvaz ictimai məktəbində deyilənlərin şahidi olduq. Yağmurlu hava olsa da, məktəbdə bayram əhval ruhiyyəsi vardı. Məktəbin müəllim və şagird kollektivi vaxtilə bu qədim məktəbdə orta təhsil alan, sonralar burada ilk pedaqoji fəaliyyətə başlayan, daha sonralar isə Tiflis və Bakı şəhərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyi keçirilirdi.

Təntənəli yubiley mərasimini giriş sözü ilə Darvaz ictimai məktəbinin direktoru Müseyib Qəmbərov açaraq, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş münasibətilə ürəkdən təbrik edib, yubilyarın şərəfli ömür yolu haqqında məlumat verib, ona uzun ömür, möhkəm cansağlığı, həyatda və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayıb. Müseyib müəllim onu da bildirib ki, görkəmli alimin yubileyi Bakıda, Tiflisdə, eləcə də Rustavi və Marneuli şəhərlərində yüksək səviyyədə qeyd olunub.

Sonra Mədəd müəllimin Tiflis Dövlət Pedaqoji Universitetində dərs dediyi tələbələrindən - professor Mahmud Kamaloğlu, Seyidəli Musayev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin Baş redaktoru Əlixan Yəhyaoğlu və b. çıxış edərək görkəmli alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdilər, onun keçdiyi mənalı həyat yolundan, elmi və pedaqoji fəaliyyətindən, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən danışdılar.

Daha sonra Mədəd Çobanovun vaxtilə Darvaz orta məktəbdə dərs dediyi şagirdlərindən - bu gün həmin məktəbdə direktor müavini vəızifəsində çalışan Ragif Əhmədov, müəllimlərdən Taryel Sarıoğlu, Süleyman Orucov, istefada olan polis mayoru, şair Rəşid Hacılar və b. Mədəd müəllimin əməyini yüksək dəyərləndirdilər, öna öz dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Sonda Yubliyar professor Mədəd Çobanov oğlu Müşfiq Borçalı şagirdlərə müəllifi olduqları kitablarla yanaşı, onlara həm də məktəbli çantası, dəftərlər, qələmlər, rəngli karandaşlar, flamastrlər, plastilinlər, xətkeşlər və s. çoxlu sayda məktəbli ləvazimatları hədiyyə verdilər.

Rəsmi görüşdən sonra yubliyarın ailəsində qonaqların şərəfinə ziyafət verildi.

Əlixan YƏHYAOĞLU,
Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri,
"Ümid" qəzetinin Baş redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: