Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblarMarneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar Oktyabrın 15-də Soçidə
XIX Dünya Gənclər və
Tələbələr Festivalının (VFMS) açılışı olub.

ZİM.Az
saytının məlumatına görə, tədbirin açılışında Rusiya prezidenti
Vladimir Putin
çıxış edib.

Soçidə keçirilən XIX Dünya Gənclər və Tələbələr Festivalında (VFMS)
87 nəfərdən ibarət Gürcüstan nümayəndə heyəti
iştirak edir.

Məlumata görə, azərbaycanlıların kompakt yaşadığı Marneulidən də həmin tədbirə azərbaycanlı, gürcü, rus və erməni gəncləri də qatılıb.
Festival çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri artıq Olimpiya kəndində məskunlaşıblar.

Festival iştirakçıları “Sülh, həmrəylik və sosial ədalət!”, “Biz imperializmə qarşı mübarizə edirik!”, “Keçmişə hörmət edək!”, “Biz gələcəyimizi qururuq!" şüarları ilə çıxış edəcəklər.

Festivalı təşkil etməkdə əsas məqsəd gəncləri, dünya ictimaiyyətini birləşdirmək, beynəlxalq əlaqələri gücləndirmək, millətlərarası və mədəniyyətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirməkdir.

Qeyd edək ki, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Nepal, Sloveniya, Kanada və digər nümayəndə heyətləri artıq Soçiyə gəliblər.
Tədbirə həmçinin Braziliya, Dominikan Respublikası, Qvatemaladan dəvət olunmamış musiqi qrupları da gəlib.

XIX Dünya Gənclər və Tələbələr Festivalında
180 ökədən 20 minədək gənc iştirak edir.

Soçidə təşkil edilən Dünya Gənclər və Tələbələr Festivalı oktyabrın 22-dək davam edəcək. Həmin gün festivalın finalı olacaq.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: