Marneulidə Temur Abasova dəstək konserti keçirilib

Marneulidə Temur Abasova dəstək konserti keçirilib Marneulidə Temur Abasova dəstək konserti keçirilib Bu gün, 2017-ci il oktyabrın 18-də Marneuli şəhərində Temur Abasova dəstək konserti baş tutub. Konsertdə Azərbaycandan dəvət olunmuş tanınmış müğəni Azərbaycan Respublikasının əməkdar artisti Röya Ayxan Marneuli merliyinə namizəd olan Temur Abasova dəstək üçün Marneuli sakinlərinə
konser verib.


ZiM.Az-ın Borçalıdakı müxbiri Amil Məmmədov xəbər verir ki, “SOGAR”ın dəstəyi ilə baş tutan tədbirdə Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasov, "Gürcü Arzusu" partiyasında siyahıda birinci sırada yer alan bələdiyyə məclisi sədirliyi uğrunda mübarizə aparan Amiran Qiorqadze, Gürcüstan parlamentinin majoritar deputatları: Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo-Kartli qubernatorunun müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin nümayəndələri, “SOGAR”ın əməkdaşları, eləcə də, şəhər və kəndlərdən gəlmiş sakinlər, şəhərə gələn qonaqlar, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbirdə iştirak edən millət vəkilləri Ruslan HacıyevTamaz Naveriani çıxış edərək əhaliyə səslənərək bildiriblər ki, “Gürcü Arzusu” partiyası həmişə xalqın yanında olub və olacaqdır. Bunun üçün düzgün seçim edərək Temur Abasova səs verməyə dəvət ediblər.

Görüşdə iştirak edən Kvemo-Kartli qubernatorunun müavini Zaur Darğallı bildirib ki, bizim çox böyük layihələrmiz var. Biz qalib gəldiymiz tədqirdə bu problemlərin həlli üçün çalışacıq.

"Gürcü Arzusu" partiyasında siyahıda birinci sırada yer alan bələdiyyə məclisi sədirliyi uğrunda mübarizə aparan Amiran Qiorqadze əhaliyə səslənərək deyib ki, mən və Temur Abasov birgə Marneuli şəhərinin inkişafı üçün əlimizdən gələni edəcəyik.

Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasov əhaliyə səslənərək bildirib ki, seçildiyim təqdirdə Marneuli şəhəri və onun kəntlərində mövcud olan problemlərin həlli üçün çalışacağını, həmçinin daima gənclərin yanında olacağını da vurğulayıb:

“Mən bilirəm ki, kəndlərdə içməli su problemi var, suvarma suyu problemi var. Yol problemi var. İdman komleksleri yoxdu. Mən mer olandan sora komandamla birgə bu problemləri həll edəcəm. Mən həmişə sizin yanınızda olacam”.

Gənc müğənnilər Amil Qocayev, Anar Əsgərov, Aysel MəmmədovAfik Novruzovun çıxışları ilə start verilən konsertdə Əməkdar artist Röya Ayxanın səhnəyə dəvət olunması sakinlərin böyük coşğusu ilə qarşılanıb.

Konsert proqramı Röya Ayxanın çıxışları ilə davam edib.

Amil MƏMMƏDOV,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: