Bu gün, 2017-ci il oktyabrın 10-da “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Marneuli bələdiyyəsinin Kurtlər ərazi vahidliyində yerli özünüidarə etmə seçkilərinə Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasovu kənd əhalisinə təqdim edib. Bununla yanaşı "Gürcü Arzusu" partiyasında siyahıda birinci sırada yer alan bələdiyyə məclisi sədirliyi uğrunda mübarizə aparan Amiran Qiorqadze və Kurtlər ərazi vahidliyindən majoritar namizəd olar Omar İrişovun Qaçagan sakinlərinə tədimatı baş tutub. Onlar iştirakçılara öz partiyalarının proqramını təqdim ediblər.
ZiM.Az-ın Borçalıdakı xüsusi müxbiri bildirib ki, təqdimatda iştirak edən Gürcüstan parlamentinin majoritar deputatları: Ruslan Hacıyev, Tamaz Naveriani, Mahir Dərziyev, eləcə də Marneuli bələdiyyəsinin nümayəndələri əhaliyə səslənərək seçkilərdə “Gürcü Arzusu” partiyasını dəstəkləməyə dəvət ediblər.
Görüşdə Kurtlər, Baydar, Böyük Muğanlı, Lejbədini və Xutor Lejbədini kəndlərinin sakinləri, müəllimlər, məktəb şagirdlər iştirak ediblər.
Marneuli merliyi uğrunda mübarizə aparan Temur Abasov əhaliyə səslənərək, seçildiyi təqdirdə Marneuli şəhəri və onun kəntlərində mövcud olan problemlərin həlli üçün çalışacağını, həmçinin gənlərin yanında olacağını və onlarla bərabər işləyəcəyini bildirib:
“Mən bilirəm ki, Marneuli və onun kəndlərdə bir çox problemlər var. Əsasən kəndlərdə yol, içməli su, suvarma suyu və s. problemlər var. İdman komleksleri yoxdur. Mən mer olandan sora bu problemləri sizinlə birlikdə həll edəcəyəm. Həmişə mən Marneuli sakinlərinin yanınıda olacağam”.
Tədbirə Aysel Məmmədova, Afik Novruzov və Anar Əskərovun çıxışları ilə yekun vurulub.
Amil Məmmədov,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.