Qızılhacılıda deputatlığa namizəd güllələnib

Qızılhacılıda deputatlığa namizəd güllələnib Oktyabrın 19-da saat 22.41-də Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çoydarov güllələnib.

ZİM.Az saytının Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, hadisə Qızılhacılı kəndindəki seçki qərərgahının önündə baş verib. Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar BayramovC.Çovdarovun qaynatası Azad Çobanov güllələnib.

Hadisəni naməlum şəxslər törədib. Güllələnən şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb.
Onların səhhəti ilə bağlı məlumat verilmir.
Faktla bağlı Marneuli rayon polis idarəsi məlumatlıdır.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Araşdırma aparılır.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: