ZiM.Az saytının məlumatına görə, dünən gecə yaralanan Anar Məmişov bu gün səhər vaxtı evə buraxılıb. Hazırda yaralılardan iki nəfərin vəziyyəti yaxşıdır, biri orta ağır, digəri isə ağırdır. GEO hospitalının direktoru Tata Şenqilaianın jurnalistlərə verdiyi açıqlamaya görə, Ceyhun Çoydarovun vəziyyəti ağırdır.
Qeyd edək ki, oktyabrın 19-da 22.40 radələrində Qızılhacılının A.K.Atatürk küçəsində yerləşən “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından yerli özünü idarəetmə orqanına deputat seçilmək üçün namizəd irəli sürülən Ceyhun Çoydarovun seçki qərərgahının önündə naməlum adam tərəfindən atılan güllələrlə 5 nəfər yaralanıb.
Qızılhacılda baş verən insident faktı ilə bağlı Gürcüstan CM-nin117-ci maddəsi ilə (Sağlamlığa qəsdən ciddi ziyanvurma) cinayət işi başlanıb. Araşdırma aparılır.
Nizami Məmmədzadə,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.