ZiM.Az saytının Gürcüstandakı xüsusi müxbiri Nizami Məmmədzadə xəbər verir ki, bu barədə Marneulinin GEO Hospitalın həkimləri bildiriblər.
Həkimlər hazırda cərrahiyyə əməliyyatından sonra reaminasiya şöbəsində olan Ceyhun Çoydarov və Vüqar Bayramovun vəziyyətinin yaxşı olacağı haqqında məlumat veriblər.
Məlumata görə, bu gün insident nəticəsində yaralanan daha iki şəxs, ayaq nahiyəsindən yaralanan Elmar Hüseynov və Azad Çobanov yarım saat bundan əvvəl evə buraxılıb.
Qeyd edək ki, oktyabrın 19-da Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verən insidentlə bağlı Gürcüstan CM-nin 117-ci maddəsilə cinayət işi qaldırılıb. Araşdırma aparılır.
Cinayətin baş vermə səbəbləri və kim tərəfindən törədildiyi haqqında məlumat yoxdur.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.