Hadisədən çox qısa bir vaxt sonra, birneçə nazirin bu məsələ ilə bağlı bəyanat verməsi törədilmiş cinayətin qısa bir vaxtda açılacağına ümid verir.
İstintaq orqanlarının yaydığı məlumata görə, cinayət siyasi deyil, şəxsi zəmində törədilib.
Törədilmiş cinayət nəticəsində yaralanmış eloğlularmıza Ceyhun Çovdarova, Azad Çobanova, Vüqar Bayramova, Anar Məmişova, Elmar Hüseynova Allahdan şəfalar diləyirik.
İnanırıq ki, yaxın birvaxtda özdostlarının cərgələrinə dönəcəklər və doğma Qızılhaclının inkişafı naminə mübarizələrinə davam edəcəklər.
Əziz eloğlular, ümidvarıq ki, bu çirkin cinayət sizin heçbirinizi ruhdan salmayacaq, tam əksinə
ayın 21-də hamı seçkilərə qatılacaq, seçimlərinizlə yaralanmış qardaşlarımızı dəstəkləyəcəksiniz.
Sabah bütün kəndlərimizdə inşallah böyük bir ruh yüksəkliyi nümayiş etdirəcəksiniz.
Hörmətlə,
Hüseyn YUSUBOV,
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.