Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub

Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub Dünya çempionu
Zabit Səmədov və tanınmış müğənni, Azərbaycanın Əməkdar artisti
Xumar Qədimova
Marneulidə
“QAFQAZ” otelinin açılışında iştirak edib


Məşhur dünya çempionu, peşəkar idmançı, əslən qədim Qarayazıdan olan - 1984-cü ildə Gürcüstanın Qardabani rayonunun Candar kəndində doğulan Zabit Mübariz oğlu Səmədov Marneulidə olub.

ZİM.Az
-nın məlumatına görə, Z.Səmədov bu gün Marneulidə açılan yeni “Qafqaz” otel və restoranın açılışında iştirak edib.
Açılış mərasimində Azərbaycanın Əməkdar Artisti Xunar Qədimova da özünün mahnıları ilə çıxış edib.

Qeyd edək ki, “Qafqaz” otel və restoranın qurucuları Marneulinin Yuxarı Saral kəndindən olan iş adamı Rəhim HüseynovBolnisinin Darvaz kəndindən olan iş adamı Qoça HacıyevMarneulidən olan iş adamı Afis Xəlilovdur.

Otelin açılış mərasimində çıxış edən Zabit Səmədov yeni tikilinin fəaliyyət göstərməsi münasibətilə hamını təbrik edib.

Tədbirdə Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Azər Süleymanov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, bölgənin rəsmi şəxslərindən Amiran Giorqadze, Ayaz Məmmədov, Namiq Hacıyev və ziyalılar iştirak ediblər.

Sonra Xumar Qədimova konsert proqramı ilə çıxış edib. Məclisi reper NATO aparıb və bu istedadlı gənc özünün yazdığı reper mahnıları ilə məclisi şənləndirib. Hər iki müğənni dəfələrlə tədbir iştirakçılarının alqışlarını qazanıblar. Tədbirdə gənc rəqqasələrin də rəqsi iştirakçıların marağına səbəb olub.

Qeyd edək ki, məşhur idmançı Zabit Səmədov 1984-cü ildə Qardabaninin Candar kəndində anadan olub və 10 yaşında Minskə köçüb.
O, 100-dən çox döyüş keçirib və 97 qələbə qazanıb.

Nizami Məmmədzadə,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: