Marneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşüb

Marneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşübMarneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşüb Marneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşüb Marneulinin yeni seçilmiş Meri Temur Abazov ilk iş gününə fəal start verib.

O, səhər saatlarından Munisipalitetin fəaliyyətinə qoşulub, daxili qayda ilə, Meriya və xidmət nizamnamələri və strukturası ilə tanış olub.

Marneuli munisipalitetinin məsul işçisi
Turac İbrahibova ZiM.Az
-a bildirib ki, günün ikinci yarısında Marneuli Meri infrastruktur layihələrə baş çəkib, əhali ilə görüşüb.

Temur Abazov Sakrebulonun üzvü Amiran Qiorqadze ilə, Meriyanın xidmət rəhbərləri ilə birlikdə və əməkdaşları ilə birlikdə Qaçağan Ərazi Vahidliyində olub. Orada əhali ilə görüşərək davam edən infrastruktur layihələri gözdən keçirib.

Cari ilin noyabrından İcra Hakimiyyəti Meriyaya çevrildiyindən bu istiqamətdə yaxın gələcəkdə müvafiq pozitiv dəyişikliklər aparılacağını bildirən Temur Abazov deyib: “Bildiyiniz kimi, Marneuli Meriyasında bu gün mənim ilk iş günümdür. Davam edən layihələr ilə, Meriyanın daxili qaydaları ilə və əməkdaşları ilə yaxından tanış oluram. Hazırda isə Qaçağan Ərazi Vahidliyindəyəm, burada davam edən infrastruktur layihələr ilə tanış oldum və sakinlər ilə görüşdüm. Qeyd etmək istəyirəmki, seçkiqabağı verdiyim sözlərə əməl edəcəm, mərhələ ilə bütün problemlər aradan qalxacaq. Marneuli sakinlərinin inamlarını doğrultmaq üçün öz dəstəmlə birlikdə əlimdən gələni edəcəm!”

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: