Marneuli Munisipalitetinin məsul işçisi Turac İbrahimova ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbirinə bildirib ki,
2015-ci ildə sözü gedən məktəb TİKA-nın maliyyə dəstəyi ilə reabilitasiya olundu və avadanlıqlarla təchiz olunub. TİKA təşkilatının vitse-prezidenti Mehmet Süreyya Erin və Türkiyə tərəfinin rəsmi şəxslərinin səfər etməsinin səbəbi reabilitasiyadan çıxmış məktəbə baş çəkmək və kitabxanaya kitablar vermək olub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfiri
Dursun Həsənov,
Parlamentin Deputatı
Ruslan Hacıyev,
Kvemo Kartli Qubernatorunun müavini Zaur Darğallı, Marneuli Sakrebulosunun üzvü Amiran Qiorqadze, yerli təhsil resurs mərkəzinin rəhbəri Kənan Ömərov və digər dəvvətli şəxslər iştirak edirdilər.
Məktəbin şagird və müəllim heyəti qonaqları xoş qarşılayaraq, onlara dəstək göstərdiklərinə görə təşəkkürlərini bildirdilər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.