Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli rayonunda Bələdiyyə Məclisinin ilk iclası keçirilib.

Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli rayonunda  Bələdiyyə Məclisinin ilk iclası keçirilib.Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli rayonunda  Bələdiyyə Məclisinin ilk iclası keçirilib.Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli rayonunda  Bələdiyyə Məclisinin ilk iclası keçirilib. Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli rayonunda  Bələdiyyə Məclisinin ilk iclası keçirilib. Gürcüstan Mərkəzi Seçki Komisiyasının 248-ci nizamnaməsı əsasında bu gün, noyabrın 20-də soydaşlarımızın yaşadığı Marneuli rayonunda (Munisipalitetində) Altıncı Çağırış Bələdiyyə Məclisinin (Sakrebulonun) Birinci iclası keçirilib.

Marneuli Bələdiyyəsinin məsul işçisi Turac İbrahimova ZiM.Az
-a məlumat verib ki, İclasda Marneuli Meri Temur Abazov iştirak edib. O, Bələdiyyə Deputatlarını layiqli qalibiyyət münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və qeyd edib ki, birgə iş əsasında Marneulinin daha yaxşı inkişafı üçün bir çox layihələr həyata keçirmək mümkün olacaq.

Marneulinin yeni seçilən Bələdiyyə Məclisinin birinci iclasını MSK-nın Marneulidəki nümayəndəliyinin sədri Koba Asanidze açıb. O, Bələdiyyənin Məclis üzvlərinə müraciətlə seçkiləri yekunlaşdırıb, Marneuli Bələdiyyə Məclisinə 2017-ci il oktyabrın 21-də keçirilmiş seçkilərin vahid protokolunu təqdim edib və seçkilərin nəticələrini özündə cəmləşdirən sənədləri yeni seçilən Bələdiyyə Məclisinin (Sakrebulonun) ağsaqqal üzvünə - Əşrəf Dükənova təqdim edib.

Məlum olub ki, 2017-ci il 21 oktyabr Özünüidarəetmə seçkilərinin nəticəsi olaraq Marneuli Bələdiyyəsinə 35 deputat seçilib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 31 deputat ilə təmsil olunacaq ki, onların da 20 nəfəri majoritar sistem ilə, 11 nəfəri isə siyahı ilə təsdiqlənib. “Bakradze Uqulava-Avropalı Gürcüstan” Partiyası - 3 deputat ilə, “Vahid Milli Hərəkat” isə 1 deputat ilə Məclisdə (Sakrebuloda) təmsil olunacaq.

Bələdiyyə Məclisi iclasının planı əsasında müxtəlif mövzular müzakirə edilıb. İclasda Müvəqqəti mandat komissiyası və müvəqqəti səs hesablayıcı komissiya seçilib. Həmçinin Bələdiyyə Məclisi (Sakrebulo) və onun üzvlərinin səlahiyyətləri tanınıb.

Çoxluğun təqdimatı ilə Altıncı çağırış Marneuli Bələdiyyə Məclisinin (Sakrebulonu)n Sədri vəzifəsinə Amiran Qiorqadzenin namizdliyi irəli sürülüb və gizli səs vermə yolu ilə onun namizəıdliyi təsdiqlənib.

İclasda iştirak edən 34 nəfər deputatdan 31 nəfəri Marneulinin “Gürcü Arzusu”nun keçmiş merliyə namizədi Amiran Qiorqadzenin yeni çağırılmış Bələdiyyə Məclisinin (Sakrebulonun) sədri seçilməsinin lehinə səs verib. İki nəfər deputat Amiran Qiorqadzeni dəstəkləməyib.
Səs hesablayan müvəqqəti komissiya bir deputatın səsini isə batil hesab edib.

Güman ki, Marneulinin yeni çağırılmış Bələdiyyə Məclisinin bir müxalifətçi deputatı “Gürcü Arzusu”nun alternativ olmayan namizədini dəstəkləyib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun Qızılhacılı ərazi vahidinin majoritar deputatı Ceyhun Çovdarov iclasda və müvafiq olaraq baş tutan səs vermədə də iştirak etmədiyindən iclasda yeni seçilmiş 35 deputatdan 34 nəfəri iştirak edib.

Nəzərə alsaq ki, 35 deputatdan 3 deputat “Avropalı Gürcüstan” partiyasının, 1 deputat isə “Vahid Milli Hərəkat”ın nümayəndəsidir.

Bələdiyyə Məclisinin (Sakrebulonun) yeni seçilmiş Sədri öz müavini vəzifəsinə Mamuka Naverianinin namizədliyini irəli sürüb. Gizli səsvermə nəticəsində Sakrebulo üzvlərinin çoxu Mamuka Naverianinin namizədliyini təsdiqləyiblər.

Bələdiyyə Məclisinin (Sakrebulonun) ilk iclasında daha sonra Bələdiyyə Məclisinin (Sakrebulonun) nizamnaməsi (qaydaları), Sakrebulo aparatının, Merin və Meriyanın struktur vahidlikləri nizamnamələri təsdiqlənib.

Həmçinin, iclasda Gürcüstan Hökuməti tərəfindən tərtib olunmuş maaş cədvəlinə uyğun olaraq, Marneuli rayon (Munisipalitet) Merinin maksimal miqdarda vəzifə maaşı - əmək haqqı müəyyən edilib, Meriya və onun struktur vahidliklərinin işçi siyahısı təsdiqlənib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: