20 nəfər gənc
layihə çərçivəsində
Kvemo Kartlidə yerləşən
90 məktəbdə erkən evliliklə bağlı şagirdlərə qısa treninqlər keçdilər.
Əlbəttə ki, nəticə haqqında əvvəlcədən fikir bildirmək çətin və bir qədər də qeyri-mümkündür. Buna baxmayaraq, şagirdlər həvəslə yanaşırdılar və layihənin sonunda "Mənim xəyalımdakı ixtisasım" adlı yarışda iştirak etdilər.
Ümumilikdə, yarışda 9 məktəbli qalib gəldi və onlara müxtəlif dəyərli hədiyyələr (tablet, telefon, mp4) təqdim olundu.
Təbii ki, hədiyyələr stimul xarakteri daşıyırdı və şagirdləri daha çox təhsil almağa motivasiya etdirmək, həvəsləndirmək məqsədiylə təqdim olunmuşdu.
Şagirdlərə hədiyyələri Gürcüstanın birinci xanımı təqdim elədi.
Elməddin MƏMMƏDOV
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.