Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdırAzərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdırMarneulidə Heydər Əliyevin 95 illik yubileyi qeyd olundu

Mayın 10 da, Marneuli bələdiyyəsində Ata Holdinq idman kompleksində Azərbaycan respublikasının keçmiş prezidenti Heydər Əliyevin 95 illik yubileyi qeyd olundu.

Mərasimə Marneuli bələdiyyəsinin meri Temur Abazov, Azərbaycan respublikasının fövqəladə və tamsəlahiyyətli səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Parlamentin deputatları Ruslan Hacıyev və Mahir Dərziyev, Marneuli bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadze, merin müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, Yerli Özünüidarəetmənin digər əməkdaşları və dəvətli qonaqlar qatıldılar.

Tədbir çərçivəsində Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən foto sərgi və kiçik videoçarx nümayiş olundu.

Auditoriya qarşısında ilk öncə bələdiyyənin meri çıxış etdi. O, Heydər Əliyevin bir ictimai xadim kimi, siyasi lider kimi fəaliyyətindən, Gürcüstan ilə Azərbaycanın dostluq əlaqələrinin möhkəmləndirilməsində olan xidmətlərindən söz açdı.

“Heydər Əliyev Azərbaycan tarixində böyük iz qoymuş şəxsiyyətdir. Dahi lider Azərbaycan xalqının deyil, bütün Qafqazın böyük oğlu idi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyin qorunub saxlanılmasında Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Dünya şöhrətli siyasətçinin müəyyənləşdirdiyi siyasi kurs yalnız öz ölkəsini deyil, qonşu Gürcüstanı da müstəqilliyini itirməkdən xilas etmişdir.

Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə davam etdirilməsi onun xidmətidir, hazırda beynəlxalq təşkilatlarda məsələlərə ümumi mənafedən yanaşmanın mövcud olmasıda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir.

Ümummilli Liderin dünya azərbaycanlılarının təşkilatlanmasında, xaricdə yaşayan soydaşlara qayğı və diqqətin artırılmasında xidmətləri böyükdür. Gürcüstan azərbaycanlıları Azərbaycan rəhbərliyindən həmin qayğını bu gün də hiss edir. Azərbaycan hakimiyyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürümü bildirmək istəyirəm.

Əminəm ki, ölkələrimizin və vətəndaşların firəvanlığı naminə Gürcüstan və Azərbaycan arasındakı əsrlərə dayanan dostluq və əməkdaşlıq əlaqələri günü-gündən daha da möhkəmlənəcək.”-deyə Temur Abazov vurğuladı.

***
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlərboyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əflatun Amaşov, Rasim Musabəyov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Pərvin Kərimzadə və Naqif Həmzəyevin mayın 13-də azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla görüşündə səslənib.

Marneuli şəhərinin meri Temur Abasov tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb, Gürcüstanın hazırkı rəhbərliyinin münasibətlərimizin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Mer bu cür səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, səfərin məqsədi qanunverici orqanlar arasında əlaqələrin genişlənməsinə dair məsləhətləşmələr aparmaq, eyni zamanda, burada yaşayan soydaşlarımızın həyat tərzi və qayğıları ilə maraqlanmaqdır.

Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidentinin xarici siyasətində Gürcüstan ilə əlaqələrin inkişafı xüsusi yer tutur.

Sonra Milli Məclisin deputatları, həmçinin Gürcüstan parlamentinin üzvləri Ruslan Hacıyev, Tamaz Naveriani çıxış edib, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi –Qars dəmir yolu və digər regional enerji və infrastruktur layihələrin əhəmiyyətindən danışıblar.

Deputatlar və mer Temur Abasov rayon ziyalıların qaldırdıqları məsələlərə, səsləndirdikləri təkliflərə münasibət bildirib, suallarını cavablandırıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Məlumat üçün qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin deputatlarının Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.


ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: