Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə də, gəlin, heç kəsi məcbur etməyək ki!..

Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə də, gəlin, heç kəsi məcbur etməyək ki!.. Günaydın!..
Xoş gördük sizləri, əziz və dəyərli dostlar!..


Son vaxtlar mətbuatda və müxtəlif sosial-şəbəkələrdə milli və ya etnik kimliyimizlə bağlı bir-birinin ardınca müxtəlif yönümlü yazılar dərc olunur və qızğın müzakirələr gedir. Biri təklif edir ki, şəxsiyyət vəsiqəmizdə - pasportumuzda milli kimliyimiz - "Azərbaycanlı" yox, "türk" yazılsın, başqa birisi təklif edir ki, "Azərbaycan türkü" yazılsın, başqa birisi yazır ki, Gürcüstanda yaşayan soydaşlarımız "Borçalı türkü" adlandırılsın, başqa birisi təklif edir ki, "Gürcüstan türkü", başqa birisi təklif edir ki, "Tiflis türkü", başqa birisi yazır ki, "Qarapapaq türkü", başqa birisi isə təklif edir ki, "Tərəkəmə" adlandırılsın və s. və i.

Hətta, təəssüflər olsun ki, bəzi "on manatlıq" və ya
"20 larilik" "gənc liderlər" milli kimliyimizin sadəcə
"gürcü" yazılması iddiasını irəli sürürlər.
(Yazıqlar olsun!..)

Bütün bunları nəzərə alaraq, mən də, qısaca da olsa,
öz fikrlərimi əziz və hörmətli həmkarlarımla,
xüsusilə də, doğma və sevimli borçalılılarımla
bölüşmək qərarına gəldim.


Məncə, Milli kimlik və ya etnik kimlik elə bir ad-ifadədir ki, bunları biz nə özümüz özümüzə verə bilərik,
nə də kimlərisə məcbur edə bilmərik ki, sənin milli kimliyin budur, sənin etnik kimliyin budur, bu cür də olmalıdır,
bu cür deyilməlidir, bu cür yazılmalıdır və s.
Hər bir kəs öz doğma adını və soyadını hamıdan yaxşı bildiyi kimi,
hər bir kəs öz milli və ya etnik kimliyini də hamıdan gözəl bilir.

Hamımız doğulanda adlarınımızı valideynlərimiz verdiyi kimi, milli kimliklərimizi də
valideynlərimiz hamımıza açıq aydın şəkildə bəyan edib.
Ola bilər ki, bəzi şəxslər ictimai-siyasi mühiti nəzərə alaraq, milli və ya etnik kimliklərini
bu və ya başqa şəkildə gizlədirlər.
Gürcüstanda yaşayan bir çox azsaylı xalqların nümayəndələri kimi, Azərbaycanda yaşayan
azsaylı xalqların bəzi nümayəndələri də öz milli və etnik kimliklərini gözə soxmağı xoşlamırlar,
özlərini bir qayda olaraq "azərbaycanlı" adlandırırlar.
Bu da müəyyən mənalarda qəbul ediləndir. Hər kəs bu mənada öz şəxsi fikfini
özü istədiyi şəkildə ifadə etməkdə azaddır.
Bizə kimsə desə ki, "sən gürcüsən", "sən ermənisən", - xoşumuza gəlmədiyi kimi,
başqa milli və ya etnik kimliyə məxsus olan şəxsə də "sən türksən" və ya
"sən azərbaycanlısan" dediyimiz halda əsəbiləşəcək...

Bəli, bizlər türkük, azərbaycanlıyıq!..
Türk və azərbaycanlı olmağımızla da fəxr edirik!..


Özbəklər də, qazaxlar da, türkmənlər də, qaraqalpaklar da, (qarapapaqıar da!), tatarlarlar da, başqırdlar da, osmanlılar da, kiprlilər də, elə biz azərbaycanlılar da, borçalılılar da - hamımız türkük!..
Doğrudur, XIX əsrdə Çar Rusiyası dövründə bizləri "tatar" adlandırmışlar.
1928-ci ildə müstəqillik əldə etdikdən sonra İ.Stalinin 1937-ci il repressiyasına qədər biz indiki "azərbaycanlı"ların hamımızın pasportunda milli kimliyimiz "türk" yazılmışdır.
XX əsrin sonunda Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə milli kimlik və dil mövzusu yenidən gündəmə gəlmiş, milliyyətimizin adı "Türk" və dilimizin adı isə "Türk dili" adlandırılmışdır.

1993-cü ildə isə xarici düşmən qüvvələrinin köməkliyi sayəsində Azərbaycanda milli iğtişaşların baş qaldırdığını, Azərbaycan torpaqlarının parçalanmaq, bütövlüyümüzün və müstəqilliyimizin yenidən sual altına düşmək təhlükəsi ilə üzləşdiyini görən ümummilli lider Heydər Əliyev milliyətimizin adının yenidən "azərbaycanlı" və dilimizin "Azərbaycan dili" adlanmasını təşklif etdi, əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisi, sonra isə bütün Azərbaycan xalqı referendum yolu ilə bu qanuni-qərarı təsdiqlədi.

Unutmayaq ki, Borçalı tarixən Azərbaycanla eyni bir coğrafi məkanda yerləşdiyindən, bizim də dilimiz də, dinimiz də, sazımız da, sözümüz də, poeziyamız da, dastanlarımızda, teatrımız da, mahnılarımız da, mədəniyyətimiz də, rəqslərimiz də, incəsənətimiz də, adət-ənəmələrimiz də, təhsilimiz də, səhiyyəmiz də, hətta siyasətimiz də həmişə eyni olub, bu gün də eynidir və bundan sonra da hər zaman da eyni də olmalıdır!..

Ürəyimiz hər zaman Azərbaycanla döyünməli, Azərbaycanla sevinməli, Azərbaycanla qürurlanmalıdır!..

Amma unutmamalıyq ki, hər birimiz türk və ya azərbaycanlı olmağımızla fəxr etdiyimiz kimi,
başqa milli və ya etnik kimliklərə sahib olan tat, talış, kürd, ləzgi, avar, inqilo, svan, meqrel və s. azsaylı
və ya çoxsaylı olanlar da özlərinin milli və ya etnik kimlikləri ilə fəxr edir və qürur duyurlar.
Gəlin, heç kəsin qüruruna toxunmayaq!..
Bu kiçik dünyamızda qısa ömrümüzü sülh, əminamalıq, mehriban dostluq və
səmimi qardaşlıq şəraitində yaşayaq!..


P.S.: Amma atalarımızın bir müdrik kəlamını - bəzi qurdlarla nə qədər yaxından dost olsaq da,
əlimizdəki çomağımızı möhkəm saxlamağı heç zaman unutmayaq!..
Hamınıza uzun, sağlam və şərəfli bir ömür arzulayırm!..


Böyük hörmət və ehtiramla,
sizin
Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: