Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..
TƏBRİK EDİRİK!..

Bu gün Gürcüstanda şərəflə yaşayan
olduqca dəyərli ziyalılarımızdan biri,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri,
vaxtı ilə Marneuli rayon bələdiyyəsinin sədri,
Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun
müavini və Gürcüstan Respublikasının
energetika nazirinin müavini vəzifələrində
ləyaqətlə çalışmış çox hörmətli soydaşımız
Hüseyn Yusif oğlu Yusubovun doğum günüdür.
* * *

Xatırladırıq ki, Hüseyn Yusubov 1964-cü il aprelin 1-də qədim Borçalı mahalında, indiki Gürcüstanın
Marneuli rayonundakı Böyük Muğanlı kəndində ziyalı ailəsində - Gürcüstanın tanınmış el ağsaqqalı,
"Şərəf" ordenli maarif xadimi Yusif Yusifli
nin ocağında dünyaya göz açıb.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir.

Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri,
sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib.

Sonra azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun
müavini
vəzifəsində işləyib.

Hüseyn Yusubov 7 avqust 2012-ci ildə isə Gürcüstan Respublikasının energetika nazirinin
müavini
təyin olunub.

O, hazırda Gürcüstan Azərbaycanlıları Konqresinin sədridir.

Hüseyn Yusubov, eyni zamanda, Gürcüstan Beynəlxalq Əlaqələr və
Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktoru
dur.

Hüseyn Yusif oğlu Yusubov həm də gözəl ailə başçısıdır.
Üç övladı var. Hər üçü ali təhsillidir.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Gürcüstan Azərbaycanlıları Konqresinin sədri,
çox hörmətli soydaşımız Hüseyn Yusubovu doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: