Borçalıda doğulub Rusiyada yaşayan, amma qəlbi daima Azərbaycanla döyünən Nazim Qiyas oğlu Qurbanov

Borçalıda doğulub Rusiyada yaşayan, amma qəlbi daima Azərbaycanla döyünən Nazim Qiyas oğlu QurbanovDƏYƏRLİ SOYDAŞLARIMIZI TANIYAQ və TANIDAQ!..

Dünyanın hansı nöqtəsində yaşayan Gürcüstan azərbaycanlısından soruşsan ki, "Sənin vətənin haradır?" - hec fikirləşmədən cavab verəcək ki, "Can Azərbaycan!"
Bəli, Gürcüstan azərbaycanlılarının doğma Azərbaycana sevgi və məhəbbəti sonsuzdur!
Və bu böyük sevgi və məhəbbət onlarla anadan bir doğulur!


Yəni Azərbaycanı sevməyi onlara hec kəs öyrətmir, onlar sadəcə bu sevgi ilə bir yerdə dünyaya gəlirlər!
Hətta Azərbaycanda olmayan və hec vaxt orda yaşamayan soydaşlarımız belə Azərbaycanı əsl vətəni sayır və daima onun təəssübünü cəkməyə calışırlar!
Belələrindən biri də Nazim Qiyas oğlu Qurbanovdur!

O, qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində doğulub boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra isə coxları kimi işləmək ücün Rusiyaya gəlib! Düzgün analitik qabiliyyəti, dürüstlüyü, çalışqanlığı və liderlik kimi şəxsi keyfiyyətləri sayəsində cox kecmədən öz biznesini qurub! İdarə etmədə insanların şəxsi bilik və bacarıqlarına önəm verən Nazim Qurbanov qısa müddət ərzində biznesini inkişaf etdirməyə müvəffəq olub! Onun rəhbərlik etdiyi topdansatış ticarət firmaları hazırda Rusiyanın ən etibarlı və dayanıqlı biznes tərəfdaşlarından hesab olunur!

Ən önəmlisi isə Nazim Qurbanovun Rusiyada daha cox xeyriyyəci kimi tanınmasıdır! İnsanlara həmişə diqqət və qayğı ilə yanaşan soydaşımız bacardığı qədər onlara dəstək olmağa calışır! Və təbii ki, bu sırada azərbaycanlılar ilk yerdə durur!

Təsadüfi deyil ki, Nazim Qurbanov rəhbərlik etdiyi müəssisələrə coxlu azərbaycanlılar cəlb edib ki, bu da Rusiya kimi ölkədə az rast gəlinən məqamlardandır!

Elə ona görə də xalqımızın Nazim Qurbanov kimi ləyaqətli və bacarıqlı övladlarını görəndə istər-istəməz qürür hissi keciririk!..


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: