Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib ALLAH RƏHMƏT ELƏSİN!..

Bu günlərdə
Borçalı təhsilinə,
Borçalı ictimaiyyətinə
ağır itki üz vermişdir.
Tanınmış el ağsaqqalı,
təcrübəli müəllim-pedaqoq,
dəyərli soydaşımız,
demək olar ki, uzun illər
Borçalının bütün bölgələrində
müəllimlik etmiş,
Gürcüstandakı soydaşlarımızın
maariflənməsində,
müasir nəslin yetişməsində,
onların yaxşı təhsil almasında
xüsusi xidmət göstərmiş
böyük ziyalı, çox hörmətli
Şəmistan Hacımurad oğlu Həsənov
92 yaşında dünyasını dəyişmişdir.

Biz də "ZiM.Az"-ın,
"Zirve.İnfo"-nun və
"Ziya" qəzetinin
Redaksiya Heyəti
və yaradıcı kollektivi adından

Şəmistan Həsənovun
vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə,
xüsusilə də, oğlu -
tanınmış ziyalı
və ictimai xadim,
Gürcüstan Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin rəhbəri
Fazil Həsənova,
eləcə də, bütün doğmalarına
və yaxınlarına
dərin hüzünlə
baş sağlığı veririk.

Allah rəhmət eləsin.
Məkanı cənnət,
Ruhu şad olsun.
Başınız sağ olsun...



Müşfiq BORÇALI,
ZiM.Az-ın, "Zirve.info"-nun
və "Ziya" qəzetinin
Baş redaktoru,
AYB-nin AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: