AYSƏBA XANIM -75

AYSƏBA XANIM -75 REDAKSİYAMIZIN ARXİVİNDƏN:

AYSƏBA XANIM ƏLİZADƏ
(1941)

“Milli qürur və milli qey­rət rəmzi”


Bu günlərdə Azərbaycan Döv­­lət İq­tisad Univer­si­te­ti­nin dosenti, tanınmış iq­tisadçı alim, pedaqoq, iqtisad elmləri na­mi­zədi, bir sıra dərslik kitabların, mo­noqrafiya və elmi-publisistik məqalə­lərin müəl­lifi, ya­zıçı-publisist, şairə Aysəba xa­nım Əliza­dənin “Milli qürur və milli qeyrət rəmzi” adlı yeni bir kitabı “Bor­çalı” nəş­riyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxu­cuların ixtiyarına verilmişdir. Bu kitabda Aysəba xanımın son illərdə qələmə aldığı yazıları, müstəqillik və mənəviyyatımıza həsr etdiyi məqalələri, haqqındakı müsahibələr, qəzet və jur­nal­lar­da çap olunan yazı nümunələri, müxtəlif tədbirlərdə, dost məc­lislərində söylədiyi çıxışları daxil edilmişdir. Kitab, Azər­baycan müəlliminin, ziyalı­sının, aliminin, azəri qadınının gün­bəgün artan ictimai fəallığını, biliyini, yaradıcılığını, cəmiy­yət­dəki möv­qeyini, lə­yaqətini, nüfuzunu, onların cari hadisələrə müna­sibətini, həyat­dakı aktiv iştirakını izləmək və öyrənmək ba­xımından olduqca maraqlı, aktual və ar­qu­mentli yazılarla zən­gindir.
Təhsil fədaisi, tərbiyəçi-pedaqoq, alim, iti yazı sahibi, poetik ruh­lu, mənalı həyatında mətbuatla daim sıx təmasda olan, yaradıcılıq poten­sialını üzə çıxartmaq baxımından zəhmətsevərliyi ilə diqqəti cəlb edən Aysəba Əlizadənin iç dünyasını, nəcibliyini, mənəvi keyfiyyətlərini daha yaxından tanımaq üçün də dəyərli olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Aysəba xanımı yeni və həm də olduqca dəyərli bir kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, nailiyyətlər arzulayır və aşağıda həmin kitabın naşiri və redaktoru Müşfiq Borçalı tərəfindən yazılmış "REDAKTORDAN" sərlövhəli müraciəti və Bor­ça­lının tanınmış ziyalısı, el ağsaqqalı, istedadlı şair-yazıçı Yusif Yusiflinin “ÖN SÖZ”ünü oxucularımıza ərmağan edirik.

REDAKTORDAN

Hörmətli oxucu!

Qarşınızdakı kitab xalqımızın ləyaqətli övladlarından biri, Azər­­baycan ziya­lısı, müəllimi, iqtisadçı alimi, cəmiyyətdə təmiz ad-san qazanmış, do­ğulub-böyüdüyü qədim Borçalı mahalının - indiki Gürcüstanın Mar­neuli rayonunun Lecbəddin kəndində böyük hörmət və nüfuz sahibi, söz və əməl birliyi ilə el-obasının gözündə çırağa dönən gözəl insan, müdrik şəxsiyyət Əlizadə Aysəba Şəmsi qızı haqqındadır.
Kitabı sadəcə vərəqləmək yox, diqqətlə oxumaq gərəkdir. Çün­ki, bu kitab­dan öyrənəcəklərimiz çoxdur. Burada toplanan ya­zılar, məqalələr, geniş müsa­hibələr, ibrətamiz sözlər, kəlamlar - mənalı, işıqlı, nurlu bir insanın zərif hiss­lərini, duyğularını, və­tənpərvərliyini, insanpə\rvərliyini, dostluqda səda­qə­tini, zəhmət­se­vərliyini, humanistliyini çox dərin ifadələrlə diqqətimizə çatdı­rır.
Zəngin və keşməkeşli tarixə malik olan Borçalı hələ qədim dövr­lərdən özü­nün qaynar həyatı, ədəbi-bədii mühiti, sazı, sözü, saz çalan-söz deyən, zəngulə vuran aşıqları, xanəndələri, dünya şöh­rətli yazıçıları, şairləri, alimləri, savaşları yatırdan el ağsaq­qalları, adət-ənənələri, mədəniyyətləri, adlı-sanlı ərənləri, igid­ləri, bol nemətli torpaqları, qonaqlı-qaralı açıq süfrələri, sərin bulaqlı dağ­ları, yamyaşıl təbiəti, laləli-nərgizli çəmənlikləri, bir sözlə, bütün gözəllikləri ilə şöhrət tapmışdır... Şairin təbirincə desək, "Qafqazın qoynunda dürdü Borçalı!...". Bu ifadə heç də gəlişi gözəl sözlər kimi söylənməmişdir. Bor­çalıların fəxrlə, böyük qürur hissi ilə söz deməyə haqqı vardır...

Təsadüfi deyildir ki, Borçalılar dünya ədəbiyyatına, mədəniy­yətinə, incəsənətinə, söz xəzinəsinə çox böyük dühalar bəxş etmişdir. Fəxrlə qeyd etmək lazımdır ki, Aysəba xanım Əlizadə də haq­qında həmişə ürək açıqlığı ilə yazdığımız, danışdığımız bu mü­qəd­dəs torpaqda dünyaya göz açmış, təlim-tərbiyə, təhsil almış­dır.
Aysəba xanım Əlizadə müəllimdir, alimdir, sözün əsl mənasın­da ZİYALIdır!

O, iqtisad elmləri namizədidir, iqtisadiyyat elmi sahəsində çoxillik təcrübəsi var. Lakin o, insanın sevincini, sev­gi­sini, təbiətin vəsfini də incəliklə, həs­saslıqla duymağı da bacarır. Onun şeir dünyası, söz çələngi çoxboyalı rəssam palitrasını xatır­ladır. O, pərvazlandığı Borçalının təbiətini, uşaqlıq və gənclik il­lərini misralarında ilhamla vəsf edir. Hisslərini, duy­ğularını poetik yöndə incələyən bu zərif insanın söz dünyası bənzərsizdir. Şeir­lərində təbiət gö­zəllikləri xüsusilə üstünlük təşkil edir. Onun "Bə­növşə Gülüm" şeirini oxu­duqca bunun şahidi oluruq:

Bənövşə gülümsən, boynu bükülü.
Nədən çəkinirsən belə hürkülü?!
Kol dibi, qısılıb sanki mürgülü.
Güllərin içində, a zərif gülüm!

Səndəki rənglər çox həmahəng olur,
Nə heyf ki, dərməmiş çox erkən solur!
Ətrin də özün tək qəlbimə dolur,
Güllərin içində, a zərif gülüm!

Ailəsini, övladlarını, nəvələrini, həmkarlarını, dostlarını, doğ­malarını, əziz­lərini, ətrafındakı bütün insanları təmiz bir qəlblə sevən Aysəba xanım məhəbbətin bütün insanlığa, bəşəriyyətə lazım olduğunu hər kəlməsində\ söyləyir. Bütün dünyanın, kai­natın, sevgi əsasında yarandığını bildirir. O, səhərin açılmasında, günəşin doğmasında, baharın gülümsəməsində, quşların cəh-cəhində, körpənin dünyaya göz açmasında, ayın, ulduzun yerə nur ələməsində bir məhəbbət duyur.
Mənalı, şərəfli, ləyaqətli ömründə böyük məhəbbətə, hə­qi­qə­tə, təmənnasız mərhəmətə, xeyirxahlığa arxalanan Aysəba Əli­za­də haqqında çox yazmaq olar. O, sadə, səmimi münasibəti, ün­siy­yəti, işgüzar əməlləri ilə özündən yaşca kiçiklərə də, böyüklərə də örnəkdir. Belə şəxsiyyətlərin cəmiyyətdəki fəa­liyyəti millətin, xalqın, el-obanın irəli getməsidir...

Biz həm əməlində, həm əqidəsində insanlıq etalonu olan Ay­sə­ba xanım Əlizadəyə şəxsi həyatında möhkəm cansağlığı, elmi fəaliyyətində isə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, o, övladlarının, tələbələrinin, yetirmələrinin daim xoş sədasını eşitsin! Dostlarının gülər üzünü, doğmalarının mətin də­yanətini, bəxtəvərliyini görsün!

Müşfiq BORÇALI.


ÖN SÖZ

"Milli qürur və milli qeyrət rəmzi!" gözəl və dəyərli ifadə­lərdir. Bu xü­susiyyətlər cəmiyyətimizin hər bir vətəndaşına aid olsaydı, ölkəmiz cənnət məkanı olardı. Çox təssüflər olsun ki, bu keyfiyyətlər hər kəsə qismət olmur. Təbiətin bəxş etdiyi bu mə­nəvi sərvəti tarix bir sıra şəxslərə şamil edir və onları yaşadığı dövrün fəxarətinə çevirir.
Bu şərəfli ad altında Aysəba xanım Ümummili Liderimiz Hey­dər Əliyevi tərənnüm etmiş, onun fəaliyyətini simpozium­larda, konfranslarda, tədbirlərdə, efir vasitəsilə çıxışlarda yüksək pafosla söyləmiş, elmi əsərlərində işıqlan­dır­mışdır.
Dünya şöhrətli liderin ölüm xəbəri bütövlükdə Azərbaycan və azərbay­can­lılar, habelə onları sevənlər kimi Aysəba xanımı da çox sarsıtmış, matəmdə iştirak etməsi ürəyini soyutmamış və ürək sözlərini dekabr 2003-cü il 24 saylı "Mir jenşinı" (Qadın dünyası) qəzetində "Milli qürur və milli qeyrət rəmzi" başlığı altında dərc etdirmişdir.
İllərin sınağından çıxmış dahi şəxsiyyətin siyasi tariximizə qu­rucu və xilas­kar kimi daxil olması, onun etdiyi bütün illərdə, yük­sək intellekti və zəngin təcrübəsi sayəsində milli mədə­niyyə­ti­­mi­zi və mənəviyyatımızı qoru­maqla, iqtisadiyyatımızı inki­şaf et­dir­­miş və Azərbaycanı dünyada tanıtdırmışdır. Onun apardığı da­xi­li və xarici siyasət nəticəsində Azərbaycan bir sıra nüfuzlu bey­nəl­xalq təşkilatların tam hüquqlu üzvü olmuş və buradan ölkə­miz haq­­qında həqiqətləri dünya ictimaiyyətinə çat­dırmışdır. Bu gün Azər­baycan xalqı və bütövlükdə Türk Dünyası əmindir ki, "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, Azər­bay­can­lıyam" devizi altında onun siyasi irsinin layiqli davam­çısı olan gənc prezidentimiz cənab İlham Əliyev Atasının "Azər­bay­can dün­­­yaya günəş kimi doğacaq" kəlamının gerçəklən­mə­sini labüd edəcəkdir.

Ürəyi Vətən eşqi ilə döyünən, ölkəsinin dərdini özünə dərd bilən və onun qələbəsi ilə sevinən Aysəba xanım siyasi-ictimai tədbirlərdə iştirak etməklə Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti, Türk Dünyasının Böyük Öndəri və dünya azərbay­can­lılarının səcdə yeri, Heydər Əliyev strategiyası və reallıq, milli mənafenin qorunmasında orijinal inkişaf modeli və Azərbaycan dünya inteqrasiyasında, qlobal maliyyə-iqtisadi böhran və Azər­baycan modeli, təhsilimizə dövlət qayğısı, Azərbaycan qadınları və insan münasibətləri və s. kimi məsələləri açıqlamış və bu mövzularla çıxış etmişdir.
Aysəba xanım Şəmsi qızı Əlizadə 1941-ci il martın 29-da Bor­çalının təbii gözəlliklər məskəni olan Lecbədin kəndində bəy nəsilli ziyalı ailəsində anadan olmuşdur.
Atası Şəmsi Əlizadə Borçalının yaradıcı ziyalılarından idi. O, barmaqla gös­tərilən ilk ali təhsilli maarif xadimlərindən biri idi. Dərin zəkaya, tükənməz enerjiyə, universal biliyə, güclü rəh­bərlik və təşkilatçılıq qabiliyyətinə malik şəxs idi. Anası Həcər xanım da təhsilli, savadlı, elmə maarifə yüksək qiymət verən, dövrünün açıq fikirli qadını idi. Aysəba xanım, qardaş və bacıları belə bir maarifpərvər mühitdə böyümüş və tərbiyə almışlar.
Ulu Borçalıda bu xoşbəxt ocağın şöləsi, deyilənə görə, ətrafa həmişə şəfəq saçırmış. Həmin ocağın övladı - Stalin adına Tiflis Türk Pedaqoji İnstitutunun filologiya və Bakıda APİ-nin ədə­biyyat-tarix fakültələrində təhsil almış Şəmsi Əlizadə doğma el-obasının bir çox kəndlərinə - Lecbədinə, Qaş Muğanlıya, Bay­da­ra, Kürdlərə, Qaçağana, Ağməmmədliyə, Kösalıya gənc yaşların­dan elm, təhsil ziyası apararmış. Bu qədim-qayım ocağın da­vamçısı Şəmsi Əlizadə ocağının üfüqlərində "Yeddiqardaş" uldu­zu zülmət gecələrə nur saçarmış.
Şəmsi Əlizadənin başının üstündə parlayan bəxt-tale ulduzu onu müşayiət edə-edə Qazax seminariyasına gətirir. O, bu semi­nariyada böyük maarif xadimlərindən Firudin bəy Köçərlidən, Mirzə Mehdi Vəlizadədən dərs alır, elmin bütün incəliklərini öy­rənir. Seminariya həyatı onun üçün çox uğurlu olmuşdur. Belə ki, o, burada Səməd Vurğun ilə, Mehdixan Vəkilovla, Osman Sa­rı­vəlli ilə, Mir Qasımla, Məhəd Abbasovla, Cavad Bağırovla, Əlyar Qa­ra­bağlı və başqaları ilə bir məktəbdə oxumuş, yoldaşlıq və dost­luq etmişdir. Eyni zamanda, Şəmsi müəllim Qazax şeir məc­lislərində fəal iştirak etmiş, poeziya aləminə öz kövrək addım­larını oradan başlamışdır. Həmin parlaq bəxt ulduzu ali məktəbdə təhsil aldığı illərdə də Azərbaycanın tanınmış alimlə­rindən - Ək­rəm Cəfərdən, Ə.Dəmirçizadədən, Mir Cəlaldan, Fey­zulla Qasım­za­dədən, Ziya Əfəndiyevdən və başqalarından təhsil, bilik almaq xoşbəxtliyini ona nəsib etmişdir.

1920-1930-cu illərdə dünyavi məktəblərdə dərs demək üçün mükəmməl təhsil görmüş müəllimlərə böyük ehtiyac var idi. Şəmsi Əlizadə kimi gənc müəllimləri Borçalının bütün bölgə­lərində böyük hörmət və ehtiramla qarşılayırdılar.

Tale-bəxt ulduzu bu gəncin sevən ürəyini tarixdə izi olan adlı-sanlı bir ocağın təhsil görmüş qızı ilə - Həcər xanımla birləşdirdi. Xoşbəxt illər bir-birini əvəz etdikcə beş övlad həmin ocaqda qol-qanad açdı, boya-başa çatdı. Bu övladların ilk müəllimləri Şəmsi Əlizadə və Həcər xanım oldu. Bir oğul, dörd qız xoşbəxt, ata-ana nəvazişi ilə böyüyürdülər. Hamının rahat, xoşbəxt yaşadığı illərdə bir göz qırpımında yerlə-göyü birləşdirən, ölüm saçan qasırğa-tufan qopdu Avropada. Günahsız insan qanı axar çaylar kimi axmağa başladı. Av­ropada əsən bu zəhərli külək dünyanın bir çox ölkələrinə də yayıldı. Milyonlarla ailələr, ocaqlar faciələrlə üzləşdi. Hitler taun xəstəliyindən də qor­xulu mərəzə çevrilmişdi, insan qanı içməkdən doymaq bilmirdi. Bütün kişilər, 15-16 yaşlı gənclər müharibəyə getdi, el-oba kişisiz, ailələr atasız qaldı.
Atasız qalan ailələrdən biri də Şəmsi Əlizadənin ailəsi idi. O zamanlar müəl­limləri aparmasalar da, Şəmsi müəllim könüllü olaraq müharibəyə getdi. Qafqaz sıra dağlarının yalçın qayala­rın­dan başlamış Avropa ölkələrinə qədər vuruşan Şəmsi qəhrəman­casına həlak oldu. Onun bəxt-tale ulduzu çox erkən söndü. Qəd­dar zəmanə Həcər xanımı evin həm kişisi, həm də qadını olmağa məcbur etdi.
Həcər xanımın qəlbinin tac damarında, gözünün nurunda, fikir və düşüncə dünyasında böyük bir arzu hakim idi: övladlarını Şəm­sinin arzuladığı kimi yüksək təhsil almış, elmin zirvəsinə yüksəlmiş əsl azərbaycanlı kimi tərbiyə edib, bir şəxsiyyət kimi formalaşdırmaqdan ibarət idi. Onların bəxt ulduzu elə gətirdi ki, Şəmsi müəllimin övladlarının ibtidai məktəbi Lecbədində qurtar­dıqdan sonra Qaş Muğanlıda orta məktəbi bitirməli idilər. Mənim direktor, dayım Muxtar Hacıyevin rus-dili müəllimi işlədiyi illər­də Şəmsi müəllimin oğlu Xalid və qızları təhsil aldılar. Biz on­lara atalıq qayğısı göstərdik. Çünki vaxtı ilə Şəmsi müəllim hər ikimizin ədəbiyyat müəllimimiz olmuşdur. Biz onun böyük zəh­mətini qaytarmaq arzusunda idik. Ustadımızın bizə çəkdiyi böyük zəhməti övladlarına qaytarmaq xoşbəxtliyini tale bizə qismət etdi.
Arxaya baxarkən silinməz xatirə kimi bu ailənin üzvləri - kişi qeyrətli Həcər xanım başda olmaqla Yasəmən, Pompul, Xalid, Nadejda və Aysəba göz önündən keçir. Ailənin böyük qızları - Yasəmənlə Pompul bacıları özlərinə erkən ailə qurmuş və başları ailələrinə qarışmışdı.
Şəmsi müəllimin oğlu Xalid birinci sinifdən başlamış aspiran­tu­raya qədər bütün təhsil ocaqlarını əla qiymətlə bitirmişdir. O, həm elmi, həm siyasi, həm təşkilatçılıq və həm də rəhbərlik et­mək baxımından tam hazır elmi-siyasi rəhbər işçi idi. O, bir çox dil­lərdə elmi əsərlər yazırdı. Alim adı almaq məqamının çatdığı anlarda böyük talant və istedad sahibinin parlaq ulduzunu söndür­dülər?!
Şəmsi Əlizadənin yaratdığı ocağın gur işığı sozalmağa başladı. Şəmsi kimi, Xalid kimi böyük şəxsiyyətlər itirəndən sonra ailə­nin, nəslin, qohumların, dostların son ümüd yeri ancaq Nadejda və Aysəba xanım Əlizadələr oldu.

Şəmsi müəllimin dördüncü uşağı - Nadejda xanım öz sahəsinin bir mütəxəssisi və rəhbər işçisi kimi ailəsinin adına layiq fəaliyyət göstərmiş, dəfələrlə "Sosializm yarışı qalibi" döş nişanı, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir, sabiq SSRİ-nin müxtəlif şəhərlərində, respublikamızda keçirilən tədbirlərdə iştirak etmiş və mükafatlara layiq görülmüşdür.
Ötən günlərə nəzər saldıqda Şəmsi müəllimin kiçik qızı Ay­səba xanımın yüksək mədəniyyət və bilik sahibi olduğunu və onun bir alim kimi yazıb-yaratmaq həvəsini görəndə Şəmsi müəl­limin qeyri-adi qabiliyyətə malik əlamətlərini xatırlamalı oluram.
Aysəba xanım 1948-ci ildə öz doğma kəndlərində Ə.Qara­bağ­lının təşkil etdiyi ibtidai məktəbə getmiş, 1958-ci ildə isə Bö­yük Muğanlı orta məktəbini əla qiymətlərlə bitirmişdir. O, ba­ca­rıqlı təş­kilatçı, drujina sovetinin sədri, məktəb-şagird təşkilatı­nın baş­çısı kimi məktəbin ictimai-siyasi, ədəbi-bədii tədbirlərin təş­kilat­çılarından bir idi. Dəfələrlə Gürcüstan Maarif Nazirliyinin tə­rifna­mələri ilə təltif edilmişdir. Onun bütün fənləri yüksək sə­viy­yədə bilməsinə baxmayaraq ədəbiyyata xüsusi marağı var idi. Gö­zəl bədii qiraətə, şeir demə qabiliyyətinə, səlis, aydın nitqə ma­­lik idi. Rus-dili fənnini də yaxşı bilirdi. Çünki rus-dilini mək­tə­bin sa­vadlı, işgüzar, tələbkar müəllimi Muxtar Hacıyev təd­ris edir­di.
Əlizadə Aysəba orta məktəbi bitirəndən sonra Bakıda təhsil alan bacı-qardaşının yanına gəlir. Sənədlərini universitetin filolo­giya fakültəsinə verir. O zamanlar həmin fakültəyə 2-illik iş stajı və ya ən yüksək bal (24-25 bal) tələb olunurdu. İki il istehsalatda işlədikdən sonra ADU-nun iqtisad fakültəsinə daxil olur. Uni­versitetdə oxuduğu müddətdə şəkilləri şərəf lövhəsini bəzəyir. Də­fələrlə universitetin komsomol və həmkarlar təşkilat­la­rının tə­rifnamələrini almışdır. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır və 1966-cı ilin noya­brında bir qrupda oxumuş, Qara Təhlədən olan Əsəd Mirzəyevlə ailə qu­rub­lar. Zəngin kitabxana və kübar ailə tərbiyəsi görmüş bu qız­cığazı təhsilini davam etdirmək fikri rahat buraxmırdı.
Odur ki, yeni həyat qurmuş hər iki gənc 1967-ci ildə Moskva İqtisadiyyat-Statistika İnstitutunun məqsədli aspiranturasına daxil olurlar. Lakin Aysəba xanım ailə həyatı ilə əlaqədar olaraq Əsəd Mirzəyevin kənddə yaşayan qoca ata-anasının yanında qalmalı olur. O, 1969-cu ildən Gürcüstan SSR-nin Qardabani (Qarayazı) ra­yo­nunda pedaqoji fəaliyyətə başlayır. Ərköyün böyümüş, ağır zəhmət görməmiş gənc qadın sanki həyatın burulğanında fırla­naraq, həyatla daim mübarizə aparmalı olur. Hər gün 4-5 km mə­safə qət etməklə qonşu kənddə, axşamlar isə Qara Təhlə kənd orta məktəbində dərs deməli olur. O, tədris etdiyi tarix-coğrafiya fənləri üzrə divar qəzeti, bülleten buraxır, albomlar hazırlayır, sual-cavab günləri keçirir, fənn dərnəkləri təşkil edir və bununla da şagirdlərdə böyük bir canlanma yaradır.
Həyat yoldaşı Əsəd Mirzəyev Moskvada 3 illik aspirantura döv­rünü başa vurduqdan sonra müdafiə edib, Bakıya qayıdır. Ay­səba xanım bir il də Əsəd müəllimsiz kənddə yaşayır və təh­silini davam etdirmək üçün Bakıya köçür. 1972-ci ilin iyun ayın­dan D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İns­titu­tunun "Ticarətin iqtisadiyyatı" kafedrasına işə düzəlir və təhsilini davam etdirmək məqsədilə minimumları verərək 1974-1977-ci illər ər­zində həmin kafedranın əyani aspirantı olur. Vaxtından 6 ay əv­vəl dissertasiya işini müzakirəyə təhvil verir. Lakin subyektiv səbəblərdən Az.XTİ-nin Müdafiə Şurası ləğv edilir. Buna bax­mayaraq Aysəba xanım 1981-ci ildə Ukrayna SSR-in Kiyev şə­hərində müvəffəqiyyətlə namizədlik dissertasi­ya­sı müdafiə edir və iqtisad elmləri namizədi elmi dərəcəsi adını alır.
1982-ci ildən etibarən müxtəlif kafedralarda müəllim, baş müəllim və dosent vəzifələrində çalışır və bu ali məktəb ocağının ictimai fəaliyyətində yaxından iştirak edir. N.A.Voznesenski adına LMİİBF-də fakültə Tələbə Elmi Cəmiy­yə­tinin sədri, 2004-2005 və 2005-2006-cı tədris illərində "Kommersiya" fakül­təsində dekan müavini vəzifəsini daşıyır. Tələbələrin elmi konfranslara, tələbə elmi cəmiyyətinə cəlb edilməsinə çalışır və onların ideya-tərbiyə işlərində fəal iştirak edir. İşlədiyi müddətdə tədrislə yanaşı elmi-metodiki işləri də yerinə yetirir. Belə ki, o, respub­likada ilk dəfə olaraq bakalavr təhsil pilləsi sistemi üçün "Reklam təsərrüfatının iqtisadiyyatı", magistratura dinləyiciləri üçün isə "Bazar iqtisadiyyatının mühüm cəhətləri" fənləri üzrə Azərbaycan və rus dillərində proqram hazırlayır. Hazırda o, 16 proqramın, 2 cildlik dərsliyin, 6 dərs vəsaitinin və 100-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir. Bütün bunlarla yanaşı o, bir çox bədii ədəbiyyatın redaktoru olmuş, onlara ön söz əvəzi yazmış, xeyli sayda şeirlərin, oçerklərin və hekayələrin müəllifidir. Aysəba xanım ictimai-siyasi işlərdə də fəal olmu?dur. O, YAP ADİU-nun idarə heyətinin, ADİU-nun və Kommersiya Fakültəsinin Azad Həmkarlar Təş­kilatının idarə heyətinin, Kommersiya Fakültəsinin Elmi Şurasının, YAP Nəsimi və YAP Binəqədi rayonları üzrə "Qadınlar Cəmiyyəti"nin idarə he­yətinin, habelə Azərbaycan Jurnalistlər Birliyinin və bir sıra ictimai cə­miy­yətin üzvüdür. YAP Azərbaycan Qadınlarının II və III, Azərbaycan Jurnalistlər Bir­liyinin V qurultaylarının iştirakçısı olmuş və mütəmadi olaraq efir və mət­buat vasitəsi ilə elmi-siyasi çıxışlar etmişdir.
Yuxarıda saydığımız və saya bilmədiklərimiz işlərin öhdə­sin­dən gəlmək, təbii ki, insanda böyük fədəkarlıq tələb edir. Məhz bunun nəticəsidir ki, Ay­səba xanım haqqında bir sıra mənbələrdə yazılar getmişdir: "XX əsr Azər­baycan qadınları" (Ensiklopedik toplu, 2001); "Borçalı alimləri" ("Azərbaycan Milli En­siklo­pediyası", Bakı, "Borçalı" nəşriyyatı, 2001); "Vektor" Bey­nəlxalq Elm Mərkəzinin "Azərbaycanın tanınmış xanımları" (Ba­kı, "Adil­oğlu", 2002); "XX-XXI əsr Borçalının ziyalı və yaradıcı xanım­ları" ("Adiloğlu" Bakı, 2008); Yusif Yusiflinin "Ömrün narahat anları" ("Səda", 2000) və "Sönməz ocaq" ("Borçalı", 2010); Pər­viz Axundbəylinin "Şuşa həs­rəti" (Bakı, 2003) ki­tab­larında və s. mənbələrdə Aysəba xanımı "Azərbaycan qadınının simvolu", "Fə­dəkar qadın", "Ağacın budaqları kökündən qida­lanır", "Elimizin ziyası sön­məzdir" və s. kimi başlıqlarla onun fə­də­kar­lığından, fəaliy­yətindən yaz­mışlar. Əbəs yerə deməyiblər - ağacın budaq­ları kökündən qidalanır. Aysəba xanımda bu qədər güc və fədə­karlıq təbii ki, ata və ana tərəflərin hər ikisinin - görkəmli və adlı-sanlı ağa-bəy nəsilli ziyalısı olan Şəmsi müəllim və Həcər xanımın ülvi məhəbbətindən və saflığından yoğrul­muşdur.
Həqiqətən, bizim azəri qadınlarımız öz sədaqəti, mərdliyi, meh­­ribanlığı, gözəlliyi və xanım-xatınlığı ilə başqa millətlərin qa­dın­larından fərqlənirlər. Bizim qadınlarımız qayğıkeş ana, vəfalı hə­yat yoldaşı, mehriban nənə olmaqla yanaşı, həm də ictimai hə­yatda özünə layiqli yer tutmaqla cəmiyyətin inkişafında fəal iş­tirak edirlər.
Məhz bu xüsusiyyətləri özündə cəmləşdirən Aysəba xanım Respublikada elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə görə dövlət və bir çox qeyri-hökumət təşkilatlarının medal və diplom­larına layiq görülmüşdür. 28.06.2006-cı ildə Azərbaycan Res­pub­likası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı medalı ilə təltif olunmuşdur. O cümlədən, "Qadın dünyası" xatirə meda­lının, "Qızıl saz" diplomunun, "Vektor" Elm Mərkəzinin XXI əsr "Azər­baycanın tanınmış xanımları" layihəsinin qalibi kimi Bey­nəl­xalq diplomun, Azərbaycan Respublikasının "Simurq" Milli Mükafat Fondunun "2004-cü il baharın uğur çələngi" müsabiqəsi laureatının ali dərəcəli "Azərbaycan qadını simvolu" diplomunun, "Xan qızı Natəvan", "Nəsrəddin Tusi" adına dip­lomların, "Mət­buatın dostu", "Qızıl Qələm" mükafatlarının lau­reatıdır. Bir neçə dəfə “İlin ən yaxşı müəllimi” mükafatına layiq görülmüşdür.
Aysəba xanım hal-hazırda Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetinin "Ticarət" kafedrasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiy­ya­tın dövlət tənzimlənməsi" kafedrasının dosenti vəzifəsində çalışır.
Genetik qanunların hökmünə, gücünə, qüvvəsinə böyük inam var idi bizdə. Sara Xatun qeyrətli Aysəba xanım Əlizadə "Yeddi­qardaş" bəxt ulduzunu sön­məyə qoymadı. O, qələmə sarıldı, elmə yeniliklər gətirdi, monoqrafiyalar, də­rsliklər, proqramlar yazdı. Alimlər, tələbələr tərəfindən sevildi, seçildi, tanındı, şöhrətləndi, barmaqla göstərildi. Tanınmış alim oldu, təkcə alimmi?! Həyat yoldaşı Əsəd Mirzəyevin qulluğunda durdu. Üç oğul böyüdüb, tər­biyə etdilər. İtirdiyimiz Xalidin yolunu davam etdirməyə, Şəm­si Əlizadənin ad-sanını nəvə çiynində göylərə qaldırmağa üç Azəri oğlu bəxş etdi xalqımıza!..
İndi Şəmsi Əlizadə ocağının üstündə, üfüqdə bərq vuran "Yeddiqardaş" kəhkaşanının ziyası, onun gur işığı əvvəlki illərə - Şəmsili, Xalidli illərə apardı bizi!
Bu ocağın Şəmsili tale-bəxt ulduzu yüz ildən artıqdır böyük bir dövrü arxada qoyub, ikinci yüz ilə qədəm açıb. Qədəmlərin mü­barək ikinci yüz il!.. Amin!...

Yusif YUSİFLİ,
Borçalı.

«ŞƏRQİN SƏSİ» qəzeti,, Avqust, 2011



ZİYALILIQ ƏSL-NƏCABƏTDƏN

TƏbrik edirik!
Bu günlərdə Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin Sə­rəncamı ilə Azər­baycan Dövlət İq­ti­sad Universitetinin Yubileyi mü­na­si­bətilə Aysəba xanım Əlizadə “Tərəq­qi” me­dalı ilə təltif olunmuş­dur. Aysəba xa­nımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
“Şərqin səsi”.

Ziyalı! Qürurla səslənən bu məfhumun də­rin hikməti var. Ziyalı dedikdə ən yüksək intellektə malik kamil insan obrazı gözlərimiz önündə janlanır.
Ziyalı - qüdrətli zəhmət ba­hadırı, onun keçdiyi ömür yolu isə - əsl əmək himnidir.
Geni, mühiti, tərbiyəsi, şəxsi iradəsi saf və güjlü olan ziyalı bütövlükdə əsl şəxsiyyətdir. Şəxsiyyət bütövlüyünün ali zirvəsinə ujalan ziyalı mənən, ruhən və jismən sağlam insanların nəslidir. Xalqının xoş, firavan həyatı, işıqlı gələjəyi naminə əzmlə çalışan Azərbayjan Dövlət İqtisad Universitetinin "Tijarət" kafedra­sının və Azərbayjan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın dövlət tənzimlən­məsi" kafedrasının dosenti, iqtisad elmləri namizədi Aysəba Şəmsi qızı Əlizadə belə nəslin davamçılarındandır.
Müstəqil Azərbayjanımıza xidmətləri ilə töhfə verən jəfakeş, yaradıjı in­san, qayğıkeş, ləyaqətli ana, ziyalı qadın Aysəba xanım Əlizadə 1941-ji il mart ayının 29-da qədim Borçalı ma­halında - indiki Gürjüstanın Marneuli rayonunun Lejbədin kəndində bəy nəsilli ziyalı ailəsində anadan olub. Evin kiçik qızı olan Aysəba Əlizadə maarifpərvər mühitdə böyüyüb və tərbiyə alıb. O, Ə.Qa­rabağlının təşkil etdiyi ibtidai məktəbə gedib, 1958-ji ildə isə Böyük Muğanlı orta məktəbini əla qiymətlərlə başa vuraraq ali təhsil almaq məqsədi ilə Bakıya gəlib. Məktəbdə oxuduğu illərdə ədəbiyyata daha böyük maraq göstərib. Ba­jarıqlı təşkilatçı, drucina sovetinin sədri, məktəb-şagird təşkila­tının başçısı kimi məktəbin ijtimai-siyasi, ədəbi-bədii tədbirlərin təşkilat­çılarından biri olub. İki il istehsalatda çalışıb iş stacı top­ladıqdan sonra indiki Azərbayjan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olub. Təhsil illərində başqa tələbələrdən əlaçı olduğuna və universitetin ijtimai işlərində fəallığına görə fərq­lənib. Dəfələrlə komsomol və həmkarlar təşkilatlarının tərifna­mələrinə layiq görülüb. Şəkilləri şərəf lövhəsini bəzəyib. Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Tələbəlik illərindən sevib-sevilib. 1966-jı ildə qrup yol­daşı Əsəd Mirzəyevlə ailə qurub. Kübar ailədə tərbiyə alan, bö­yü­yüb boya-başa çatan, zəngin kitabxana görən Aysəba xanımın daim oxumaq, biliyini, təhsilini artırmaq həvəsi onu 1967-ji ildə həyat yoldaşı Əsəd Mirzəyevlə birgə Moskva İqtisadiyyat-Sta­tistika İnstitutuna gətirib. Hər ikisi institutun məqsədli aspi­ranturasına daxil olub. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq Qara Təhlədə yaşayan qoja qayınana və qayı­nata yanına qalıt­malı olub. 1969-ju ildən Gürjüstanın Qar­dabani (Qarayazı) rayonunda pedaqoci fəaliyyətə başlayıb. Hər gün 4-5 km məsafə qət edərək qonşu kənddə, axşamlar isə Qara Təhlə kənd orta məktəbində tarix-joğrafiya fənlərini tədris edib. Dərs dediyi fənlər üzrə divar qəzeti, bülleten, albomlar hazır­lamaqla, sual-javab günləri keçirməklə, fənn dər­nəkləri təşkil etməklə bütün şagirdlərdə təhsilə, elmə maraq oyadaraq böyük bir janlanma yaradıb. Soykökünə arxalanıb keçmişini unut­mayan, mənə­viyyatımızın yüksəlişinə çalışan müəllim gənj nəslin təlim-tərbiyəsinə özünü həsr etməklə zirvələrə çatdırmaq istədiyi gənjlərin gələjək həyat yollarına nur-işıq səpib.

Həyat yoldaşı Əsəd Mirzəyev Moskvada 3 illik aspirantura dövrünü başa vur­duqdan və elmi işini uğurla müdafiə etdikdən sonra Bakıya qayıdıb. Kənddə yaşayan Aysəba xanım da bir ildən sonra təhsilini davam etdirmək üçün Bakıya köçüb. 1972-ji ilin iyun ayından D.Bünyadzadə adına Azər­bayjan Xalq Təsərrüfatı İnstitutunun "Tijarətin iqtisadiyyatı" kafedrasına işə düzəlib və təhsilini davam etdirmək məqsədilə minimumları ve­rə­rək 1974-1977-ji illərdə həmin kafedranın əyani aspirantı olub. Dissertasiya işini vax­tından 6 ay əvvəl müzakirəyə təhvil verib. Lakin Azərbayjan Xalq Təsərrüfatı İnstitutunun Müdafiə Şurası subyektiv səbəblərdən ləğv edilib. 1981-ji ildə Ukray­na­nın Kiyev şəhərində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi elmi dərəjəsi adını alıb. 1982-ji ildən müxtəlif kafedralarda müəllim, baş müəllim və dosent vəzifələrində çalışır. İjtimai işlərdə yaxından iştirak edir. N.A.Voznesenski adına LMİİBF-də fakültə Tələbə Elmi Jə­miyyətinin sədri, 2004-2005 və 2005-2006-jı tədris illərində "Kom­­mersiya" fakültəsində dekan müavini vəzi­fəsini daşıyıb. Tə­­ləbələrin elmi konfranslara, tələbə elmi jəmiyyətinə jəlb edil­məsinə çalışır və onların ideya tərbiyə işlərində fəal iştirak edir. İşlədiyi müddətdə tədrislə yanaşı elmi-metodiki işləri də yerinə yetirir. Belə ki, o respublikada ilk dəfə olaraq bakalavr təhsil pilləsi sistemi üçün "Reklam təsərrüfatının iqti­sadiyyatı", magis­tratura dinləyijiləri üçün isə "Bazar iqtisadiyyatının mü­hüm jəhətləri" fənləri üzrə Azərbayjan və rus dillərində proqram ha­zırlayıb. Hazırda 16 proqramın, 2 jildlik dərsliyin, 6 dərs vəsai­tinin və 100-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir. Poe­ziya vur­ğunu­dur. Yazdığı şeirləri, hekayələri, oçerkləri oxujular tərəfindən sevilə-sevilə oxunur. Bir çox bədii ədəbiy­yatın redaktoru kimi onlara ön söz əvəzi də yazıbdır. Çalışdığı ali məktəbin ijtimai-siyasi işlərindəki fəallığı ilə təşki­latçılıq baja­rığını üzə çıxarmaqla nümunəvi təhsil işçisi kimi həmişə seçilir. Yeni Azərbayjan Partiyasının Nəsimi və Binəqədi ra­yonları üzrə Qadınlar Jəmiyyəti İdarə Heyətinin üzvüdür. Qadın­larımızın ölkəmizin hər sahəsində gedən qurujuluq işlə­rində, müstəqilli­yimizin əbədiliyinin qorunmasında, inkişa­fın­da, elmi tərəqqidə fəal olmaları istiqamətində məqsədyönlü iş aparır. Qadınla­rımı­zın jəmiyyətdə yüksək mövqe tutmasına və ijtimai-siyasi fəaliy­yətlərinin geniş­lənməsinə çalışır. Aysəba xa­nım kimi qa­baqjıl qadınların sayəsində çox qadınlar YAP-ın üzvü olmaqla jəmiy­yətdə ön sıralarda gedir, respublikanın siyasi-iqtisadi məsələlə­rinin həllində yaxından və bilavasitə iştirak edir, sül­hün qorun­masında və əmin-amanlığın yaradılmasında təşəb­büs göstərirlər. Daim elmi axtarışlarını davam etdirən, yeni­liklərə jan atan, elmi xidmətləri ilə Vətən qarşısında övlad bor­junu yerinə yetirən Aysəba Əlizadə elm sahəsində tanındığı qədər ijtimai-siyasi iş­lərdə də fəallığına görə xüsusi mövqe tutur, sayılıb-seçilir. Azər­bayjan Qa­dınlarının II və III, Azərbayjan Cur­nalistlər Birliyinin V Qurultayının nüma­yəndəsi və iştirakçısı olub. Efirdə və mətbuatda elmi-siyasi çıxışlarını davam etdirir.

Azərbaycan qadınının hər sahədə yüksək ad qazanması, zirvədə tanınması bütövlükdə Azərbayjan xalqının adına şərəf gətirir. Elmi-pedaqoci və ijtimai-siyasi fəaliyyətinə görə dövlət və bir çox qeyri-hökumət təşkilatlarının medal və diplomları ilə təltif edilən bu ziyalı xanımın əməyi yüksək dəyərləndirilir. 2006-jı ildə Azərbayjan Respublikası Təhsil Nazirliyinin "Qabaqjıl təhsil işçisi" döş nişanına, dəfələrlə "İlin ən yaxşı müəllimi" adına layiq görülməsi gejə-gündüz yorulmadan çalışmağının, elmi fəaliyyətinin bəhrəsidir.
Dərin düşünjəsi, iradəsi, mərdliyi, fədakarlığı ilə jəmiyyətin inkişafında, ijtimai-siyasi hadisələrin gedişində mühüm rol oy­nayan qadınlarımız sıra­sında Aysəba Əlizadənin əməyi təqdi­rəlayiqdir. Elinə-obasına bağlılığı, meh­ribanlığı, səmimiyyəti, sa­dəliyi və mübarizliyi onu tanıyanların hər birinə sevdirib. Döv­lətimizin təhsilin inkişafına yönəltdiyi diqqət və qayğını dəs­tək­ləyən ziyalı xanımın iqtisadiyyatımızın yüksək zirvəsini fəth edə­jə­yinə, xal­qımızın daha azad, firavan yaşayajağına, işğal olun­muş torpaqlarımızın yağı düşmən tapdağından azad oluna­ja­ğına inamı çoxdur. Bu inam dünya azər­bayjanlılarının qüru­ru, fəxri ulu öndər Heydər Əliyevin layiqli davamçısı İl­ham Əliye­vin daxili və xariji siyasətinin düzgün qurulmasından, aparıl­ma­sın­dan yaranır.

İndiyədək bir sıra mənbələrdə gedən yazılarda Aysəba xa­nı­mın insaniy­yətliyindən, kübarlığından, məziyyətlərindən, əsil­za­dəliyindən, əsl-nəjabətini tanıtdıran ziyalılığından geniş söz açı­lır. Elm sahəsində çalışan qadınlarımız önjə azəri qadının tim­salında ziyalılıq təjəssüm etdirir, elmin nailiyyətlərində xid­mət­ləri ilə tanınırlar. Ulu Tanrının Azərbayjan qadınından əsir­gə­mədiyi gözəlliyi, xanım-xatınlığı qorumaq, ona layiq olmaq hər qadına nəsib olmur. Uşaq vaxtlarından qayğıları çox olan, odlu-alovlu Böyük Vətən mühari­bəsində atasını itirən, lakin adlı-sanlı bir ojağın təhsil görmüş qızı Həjər ananın isti həm ata, həm də ana nəfəsi ilə çətinliklərdən qurtulan, təhsilə, elmə olan böyük marağı, nümunəvi davranışı, iti ağlı, zəkası, gərgin əməyi ilə arzularına, istəklərinə çatan, zəhməti ilə ujalan Aysəba Əlizadə əsl ziyalı qadın­ları­mızdandır. Əsl-nəjabətdən gələn bu ziyalılıq həmişə hər yerdə özünü büruzə verir. Atası Şəmsi Əlizadə Bor­çalıda ilk ali təhsilli maarif xadimlə­rindən biri kimi tanınıb. Şəmsi Əlizadə Stalin adına Tiflis Türk Pedaqoci İnstitu­tunun filo­logiya və Bakıda Azərbayjan Pedaqoci İnstitutunun ədə­biy­yat-tarix fakül­tələrində təhsil alıb. Gənj yaşlarından Bor­çalının Lejbədin, Qaş Muğanlı, Baydar, Kürdlər, Qaçağan, Ağ­məmmədli, Kösalı kəndlərində əhalinin təhsil alması, maarif­lənməsi sahəsində yorulmadan çalışıb, çoxlarının gələjək həyat yollarına ziyası ilə nur saçıb, savadlı şəxslər yetişdirib. Qazax seminariyasında təhsilini davam etdirdiyi illərdə Firudin bəy Köçərlidən, Mirzə Mehdi Vəlizadədən elmin injəliklərini öyrə­nib. Ali məktəbdə oxuduğu illərdə isə Əkrəm Jəfərdən, Ə.Də­mir­çizadədən, Mir Jəlaldan, Feyzulla Qasım­zadədən, Ziya Əfən­diyevdən və başqa tanınmış alimlərdən dərs alıb. Dövrünün görkəmli şəxslərindən biri kimi tanınan Şəmsi Əlizadə ina­mından, dinindən uzaq dur­mayan ziyalı simasında yetişən yeni nəsillərin yaddaşında bu gün də yaşayır.

Elm fədaisi Aysəba xanımın jəmiyyətə bəxş etdiyi layiqli üç oğul övladının həyat yollarına Şəmsi Əlizadə ojağının sönməz gur alovu öz şöləsini saçır. Gələn davamçıların da başı üstündən əskik olmayajaq bu şölə daha geniş üfüqlərdə parlayajaq və sönməz ulduzlara çevriləjək.

Aysəba xanım Vətənini, Millətini, Elini-obasını sevən, sözün əsl məna­sında ziyalı və müdrik insandır. Onun müdrikliyi işgüzarlığında, zəka aydın­lığında, mükəmməl təhsilində, fiziki sağlamlığında, alijənablığında, vətən­pər­vər­liyin­də və bəşəriliyin­dədir. Ziyalılığı əsl-nəjabətindən gələn, üzündən nur, gözlə­rin­dən parlaq gələjəyə böyük əminlik yağan, qəlbi gənjlərimizi elmin zir­vələrində görmək arzusu ilə çırpınan Aysəba Əlizadənin zəngin elmi-pe­daqoci fəaliyyətindən, əməyindən faydalananlar onunla fəxr edirlər.
Mənalı, şərəfli ziyalı ömrü yaşayan xanımın ağaran saçlarının hər dənində keçdiyi həyat yolundan, sinə gərdiyi çətinliklərdən, üzüağ çıxdığı sınaqlardan, bağlandığı və ujaldığı əməyindən nişanələr var. Ziyalı ordusunun davam­çılarını yetişdirən, qlobal iqtisadiyyatda qadın əməyini dəyərləndirən, ibrəta­miz həyat yolu gənjlərə örnək olan, elmin tərəqqisində payı olan gözəl insan, ziyalılığı sözün əsl mənasında, əsl-nəjabətdən gələn Aysəba xanıma elmi nailiyyətlərində uğurlar diləyirik!
Müşfiq BORÇALI,
Rəna İMANOVA.
«ŞƏRQİN SƏSİ» qəzeti, Oktyabr, 2011.

BÖYÜK MƏHƏBBƏTLƏ SEVİLƏN İNSAN

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Uni­ver­site­tinin "Ti­ca­rət" kafed­rasının dosenti, иqtisad еlm­ləri namizədi, "Kommersiya" fakultəsinin dekan müa­­vini, охucularımız tərəfindən isə şair-publisist kimi tanınan Aysəba Şəmsi qızı Əlizadədir...

O, Gürcüstanın qədim və zəngin tarixə malik Bor­çalı ma­halı­nın (Marneuli rayonu) Lejbədin kəndində dünyaya gəlib. Bor­çalı özünün qaynar həyatı, sazı, sözü, qara zurnası, xa­nəndələri, mü­ğənniləri, yaradıcı-saz çalıb söz deyən aşıqları, tanınmış şair­ləri, yazıçıları, alimləri, ədibləri, incəsənət xadimləri, ağsaq­qalları, adət-ənənələri, adlı-sanlı igidləri, bol nemətli torpaqları, mən­zərəli yaylaqları, buz kimi sərin bulaqları, insanlarının qonaq­pər­vərliyi ilə şöhrət tapmışdır...
Aysəba Əlizadə 1958-ci ildə Böyük Muğanlı kənd orta mək­təbini müvəffə­qiyyətlə başa vurub və Gürcüstan Maarif Nazirliyi­nin fəxri tərifnaməsi ilə təltif edilmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisad" fa­kul­təsinə daxil olub, 1966-cı ildə bitirmişdir. 1968-ci ildən pedaqoji fəaliy­yətə başlayıb. 1974-1977-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun əyani aspirantı olmuş, 1981-ci ildə Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə etmiş və İqtisad Elmləri Namizədi adını almışdır. Həmin ildən "Ticarətin təşkili" və "Ticarətin iqtisa­diyyatı" kafedrasında müəllim, baş müəllim, 1993-cü ildən isə "Marketinq və ticarət" kafedrasının dosentidir. Bu illər ərzində Aysəba müəllimə, "Ticarətin iqtisadiyyatı", "Ti­carətin təşkili", "Ticarətin idarə edilməsi" və s fənnləri azərbaycan və rus dillərində tədris etmişdir. Alim müxtəlif ixtisaslar üzrə 8 proq­ramın, 2 cildlik dərsliyin, 5 dərs vəsaitinin, 1 yaddaş kitabçasının, 60-a yaxın elmi əsərin müəl­lifi və həm­müəllifi olmuşdur. Yüzlərlə diplom və buraxılış işlərinin, ma­gistr dissertasi­yalarının rəhbəri və namizədlik dissertasiyalarının opponenti olub.
Bu gün биз Aysəba müəllimənin yazıb-yaratmasını yaxşı mənadə qibtə ilə seyr edir, onun səsindən, nitq qabiliyyətindən, insanlara münasibətindən, dav­ranış tərzindən, müdrikliyindən heç kəsdə tapa bilmədiyim, özünəməxsus, incə eyhamından, yumşaq tənqidindən çox şeylər öyrənirик.

Bəli, Böyük məhəbbətlə sevilən insan...Böyük məhəbbətin ardınca yazmağa əlavə söz tapmaqda bir qədər çətinlik çəkirəm. Yalnız bunları yazıram.
- "Böyük məhəbbətlə sevilənlərin ən böyük arzularına da çat­maqları müm­kündür"...

Düşünürüк ki, müsahibimизə ünvanladığımыз suallar oxucu­larımız üçün maraqlı olacaqdır. Cavablar isə daha maraqlıdır, düşündürücüdür.

- Aysəba xanım, tanıdığımıza görə, atanız Şəmsi Əlizadə-Gür­cüstanın Lej­bədin kəndinin bəylərindən biri-Məmmədalılar nəs­lindən, ananız Həcər xanım isə Əhməd Sultanın nəticəsi olub.

- Əsas başlanğıcı siz dediniz... Həqiqətən də atamla,anam tanınmış və də nüfuzlu nəslindəndir. Atam Şəmsi Əlizadə Ərəb-Fars dillərinin mükəmməl bilicisi olmaqla bərabər, Qori semi­nari­yasının Qazax filialının, Stalin adına Tiflis Pedaqoji İnstitutunun və Bakı Pedaqoji İnstitutunun müdavimi olub. Ta­nınmış ziyalı şəxs kimi onu dövrünün S.Ə.Şirvanisi, Həsən bəy Zərdabisi ad­landırırdılar. Anam - Həcər xanım Əlizadə pedaqoji cəhətdən bi­likli, təcrü­bəli, geniş dünyagörüşlü bir qadın idi. Onun anası Ayan xanım Qazax Sanca­ğının (livası) Sultanı olan Hacı Əhməd Sul­tanın nəvəsi olub. Atası Mədəd ağa Mustafayev isə mötəbər ağa, bəy mücabələrindəndir.Həcər xanımın həm ata, həm ana-hər iki tərəfi o dövrdə Çar Rusiyasına adlı-sanlı generallar bəxş edib.Biz el-obamızda, sayılıb-seçilən, hörmət edilən nəsil və ailə olmuşuq. Bəlkə ona görə bu qədər məğrur və qürurluyuq.

- Təhsil sistemində aparılan islahatlarda kafedranızın və müəllimlərin fəaliyyəti barədə nə deyə bilərsiniz?
-Təhsil sistemində aparılan islahatlar ilk növbədə müəllimin özündən başlan­malıdır. Müəllimlərin özləri təkmilləşdirilməlidir ki, onlar da müasir tələblərə cavab verən, yüksəkixtisaslı, kamil mü­təxəssislərin yetişdirilməsi vəzifəsini la­yiqincə yerinə yetirə bilsinlər. Tədris sahəsində İslahat Proq­ra­mının yerinə yetiril­mə­sində əsas məqsəd, tədris prosesinin düzgün təşkil olun­masına, ic­ti­mai, iqtisadi və mədəni həyatın yaxşılaşdırılmasının təmin edil­­məsinə nail olmağa çalışmaqdır.
Çalışmalıyıq ki, tələbələr, bilikli, bacarıqlı, qabiliyyətli, dərrakəli olmaqları ilə yanaşı, həm də əsl vətəndaş kimi yetişsinlər. Vətən­pərvər və millətini sevən olsunlar.

-İdeal müəllim necə olmalıdır? Bu gün ideal müəllim varmı?
-"Müəllim" və "ideal müəllim" ifadələrini fərqləndirmək la­zımdır. Müəllim peşəsinə hər kəs yiyələnə bilər. "İdeal müəl­lim" isə şərəfli bir tituldur. Bu ad o qədər mürəkkəb və çoxcəhətlidir ki, onu mən başı bəmbəyaz qarla örtülmüş, uca bir dağın zirvəsinə bənzədirəm. Belə uca zirvələri isə çox az insanlər fəth edə bilirlər.

Sualın ikinci hissəsinin cavabına isə ehtiyac qalmır.

- Alimin günü necə başlayır?
- Alimin günü düşüncə ilə başlayır, yazmaqla qurtarır.

- Həm elm, həm də el adamı olan insanlar xoşbəxtdirlərmi?
-Bəli. Məhəmməd (Ə.S) Peyğəmbərin gözəl bir ifadəsi var: "Elm rütbəsindən daha yüksək bir rütbə yoxdur". Elm isə xalqa xidmət edir.

- İqtisadçı alim kimi Azərbaycanın gələcəyini necə görürsü­nüz?
- Azərbaycanın geoloji, coğrafi-siyasi vəziyyəti qənaətbəxşdir və iqtisadi potensialı çox güclüdür. Onun dünyaya günəş kimi işıq saçacağına əminəm.

- Alim kimi bu günün ədəbi mühitinə münasibətiniz necədir?
- Qənaətbəxş deyildir...

- Sizə elə gəlirmi ki, oxucu marağı sosial problemlərin içə­risində itib. Oxucuların sayı azalıb?
- İndiki dövr elektron texnika dövrüdür. Oxucular meylini ki­tabdan çox kom­­pyuterə yönəldiblər.

- Deyirlər ki, yaradıcı insanlar ən səmimi insanlardır. Doğru­durmu?
- Doğrudur. Belə insanlar zəhmətsevər, xeyirxah və peşəsinə hörmətlə ya­naşan olduğundan, onlar qeyri-səmimi ola bilməzlər. Bahalı daş-qaşlar, qiy­mətli metallar hər cür mənfi əlamətləri dəf edir.

- Sözdən qiymətli cövhər yoxdur... Təssüflər olsun ki, bu gün sözü ucuz etmişik... Sözün gücü qalmayıb ki, dərdlərimizi desin... Söz yalana çev­rilməyəndə güclü olar.
- Bu ifadələrdə dərin mənalar var... Müdriklərimiz söyləmişlər ki, "Düz söz həmişə qiymətlidir". Şah İsmayıl Xətai sözün düzlüyü ilə yanaşı, onun deyiliş tərzinin də məna kəsb etdiyini bildirmişdir:
Söz vardır kəsdirər başı,
Söz vardır, kəsər savaşı.

Ən böyük romanlardan birinin dərdli surəti olmaq istərdiniz, yoxsa kiçik bir hekayənin xoşbəxt qəhrəmanı?
- Mən elə hər dərdli hekayənin, bir qəhrəmanıyam...
- Zaman-zaman varlığı həqiqət, yoxluğu yalan olan insanlar çox olub. Biz onları hər zaman layiqincə, yetərincə yada salırıqmı?- Hər bir dövrün görkəmli şəxsiyyətləri olub. Lakin zaman keçdikcə, onlar müxtəlif cür qiymətləndirilir. Amma F.Dosta­yev­ski demişkən: "Xalq sevdiyi insanı yaddaşında yaxşı saxlayır"...- Deyirlər gözdən uzaq olanlar, könüldən də uzaq olurlar... Müdriklərimiz belə deyibsə, deməli bu tarixin sınağından çıx­mışdır... Digər tərəfdən də, qeyd etmək yerinə düşər ki, sənə ya­xın və sevimli olan kəs, dünyanın o başında olsa belə, yenə də sə­ninlədir.
- İnsanın daxili azadlığını necə qiymətləndirirsiniz?- İnsanın daxili azadlığı hər bir şəxsin təbii hüququdur.
O, toxunulmaz və mütləqdir, lakin bu hər kəsin nə istədiyini etməsi deyil, əksinə, qanunla qadağan olunmayan hər şeyi etmək hü­ququdur.

- Siz elmi yaradıcılığınızla yanaşı, bədii yaradıcılıqla da məşğulsunuz. Mütaliəni də çox sevirsiniz. Sizcə qələm əhli ürəyinin, yoxsa zamanın diktəsi ilə yazmalıdır?
- Mən elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılıqla da məş­ğulam. Qələm əhli heç bir kənar diktənin təsiri altına düşməməli, zaman və məkan daxilində ürəyinin səsinə qulaq asmalıdır.- Millət vəkili seçilmək ərəfəsində olsaydınız, bəzi millət və­killəri kimi seçilmək naminə, seçicilərinizə bacarmadığınız vəd­ləri verərdinizmi?- Əsla yox...- Vəzifə o zaman dəyərli olur ki, vəzifəndən sui istifadə etmə­diyinə görə, sənə hörmət edir, səni sevirlər. O, zaman əyləşdiyin kreslo sənə layiq olur, sən özün də o yeri layiqli edirsən...
- Doğrudur... Amma indi yerini layiqli edənlər azdır. Düşünürəm ki, əgər kresloda əyləşmiş şəxs cəmiyyətə vəzifə borcuna müva­fiq xeyir verə bilirsə, tutduğu vəzifəsinə görə yox, göstər­diyi fəaliyyət müqabilində layiqincə hörmət qazana bilirsə, həmin şəxs kresloya layiq ola bilər.
- Başqaları ilə sazişə girib, özündən güclüləri kənarlaşdıranlara münasibətiniz necədir?
- Ədalətli sazişdirsə, alqışlayaram, əksinədirsə, mənfi fikirdə olaram...
- İnsan gərək özünü mərhəmət hissi ilə yanaşılası kəsin yerində hiss etsin. Cəmiyyətdəki hansı fenomen şəxsiyyəti xeyirxahlıq etalonu sayırsınız?
- Fenomen şəxslər səlahiyyətindən və maddi imkanından istifadə etməklə, xeyirxahlıq etalonu ola bilərlər. Bu, təbii bir haldır. Əsl "xeyirxahlıq etalonu" mən o insanları sayardım ki, onlar öz "im­kan­sız" imkanından pay ayırmaq qabiliyyətinə malik ola bilsinlər.
- Həyat bir meydandır. Kimi yarışmaya gəlir, kimi alverə.
Tamaşa etdikcə görürsən ki, yalnız böyük səhnələrdə gördüyümüz tama­şalar həyatda gördük­lərimizə bənzəmir...
- Həyat mürəkkəbdir... "Hər anın bir hökmü var"...
- Bu dünyada qarğalar qartallardan başa keçibdir...
- Təssüf ki, həyatda təsadüflər də var...
- Sizi nələr, hansı hadisələr, təsirlər, hisslər özünüzdən çıxara bilər?
- Ədalətsizlik, haqqsız qərarlar, güclünün (imkanlının) gücsüzə (im­kansıza) zülm etməsi, bayağılıq, yaltaqlıq, xudpəsəndlik və sai­rə.
- Bizi yaşadan ürəyimizdir. Biz ürəyimizi yaşatmaq üçün nə etməliyik? Həyatda və cəmiyyətdə görüb, dərk etdiklərimiz bizə rahatlıq gətirə bilərmi?
- Hər bir kəsdə vicdan dediyimiz hiss olmalıdır. Vicdan qütb ulduzuna bən­zəyir, səhrada yolunu azanlara bələdçilik edir. Ürəyi yaşadan təmiz vicdandır. Bundan kənarda baş verən nə varsa, onların hamısı yalnız vicdanlı insanları narahat edir.
- Sizə elə gəlirmi ki, insanlar arasında mərhəmət hissinin azalması təhlükəsi var?
- Zaman və məkan daxilində bu belədir...
- İnsanlarda ən qiymətli keyfiyyət göstəricisi nəyi hesab edir­siniz?
- Müdrikliyi... Müdriklik insanda hər şeydir. Şotland filosofu U.Hameltonun ifadəsi ilə desək, "Yer üzərində ən böyük varlıq insandır. İnsanda isə ən qiymətli şey müdriklikdir"... Fikir verin - Osmanlı Türk Hökmdarı Səlim Ya­vuz Sultan müdriklik haqqında necə gözəl sözlər demişdir: "Bir müdrikin atının ayağı altından sıçrayan palçıq da mənim üçün şərəfdir"...
- Yaxşı tanıdıqlarınızın, görünməyən tərəflərini kəşf etdikcə, nələr düşünür və özünüzü necə hiss edirsiniz?- Hər kəsin Aysberq kimi görünən və görünməyən tərəfləri var. Görünməyən tərəflər bələd olduqlarından keyfiyyət baxımından daha çox fərqlənirsə, bu, insanı heyrətə gətirən haldır. Bəlkə də dəhşətlidir. Mən həmin dəqiqə belə insanlarla münasibətə son qoymağa qərar verirəm...
- Sınaqda dözümü olmayan dostlarınız varmı? Mənə elə gəlir ki, dost bildiklərinizin bəziləri, sizi layiqincə qane edə bilmirlər...
- Sınaqda dözümlü olmayanlar - artıq dost deyildirlər. Dost ikinci "mən" deməkdir. M.K.Atatürkün təbirincə desək: "Dostluq iki ayrı-ayrı bədəndə bir ruh deməkdir".
- Bəzən ətrafınızdakı insanların əhatəsində özünüzü bir qədər tənha hiss edirsiniz...
- Mən təbiətcə eqoist insan deyiləm. Sadəcə vaxtdan daha sə­mə­rəli istifadə etmək istəyim məndə belə bir görünüş yaradır. Boş keçən vaxtlar məni sıxır. Axı zamanın da, çayın da, axarı bizi gözləmir.
- Elə hallar olubmu ki, təngə gəlib hər şeydən üzülüb, səssizliyə qulaq asmaq istəyəsiniz?
- Xeyr. Mən bədbinliyi sevmirəm. Belə vaxtlarda hər hansı bir işlə məşğul olmağa çalışıram.
- Təbiətcə çox qürurlusunuz, bir qədər də hökmlü görünürsünüz. Yəqin ki, bu barədə sizə deyənlər də olub. Sizi kimlər sevir, kimlər sevmir və ya sizə paxıllıq edirlər?
- Hökmlü görünməyim qürurlu olmağımın nəticəsidir. Bu, mən­dən asılı deyildir ki, kökdən gələn xüsusiyyətdir. Belə keyfiyyət dövrünün, zəmanəsi­nin "Sultanı", adlı-sanlı generalları, ziyalıları olan, ağa-bəy mücabələrinə xas olan əlamətdir və olduqca tə­biidir. Necə deyərlər, kökü möhkəm olan ağacın bu­daq­ları da baxımlı, görkəmli olur. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, əqli, düşüncə tərzi, əqidəsi, mənəvi və əxlaqi keyfiyyətləri mənə uyğun olanlar məni sevir, uyğun gəlməyənlər isə sadəcə ya sevir, yaxud da qibtə edirlər. Əbəs yerə deməyiblər ki, uğurun dostu az olur. Yalnız heç nəyə yaramayan adamların paxıllığı çəkilmir.- Bir dəfə söhbətimiz zamanı belə bir ifadə işlətdiniz ki, mənim hökmüm özü­mə bəs edir...
- Fəaliyyətimin icrasına özüm hökm verirəm. Görüləsi işləri mənim özüm duyuram, öz hökmümlə icra edirəm və icra etdirirəm...
- Özünüzə kənardan baxarkən, sizə elə gəlirmi ki, təbiətinizlə peşəniz ara­sında sıx bir vəhdət var...
- Düzgün hiss etmisiniz. Bu belədir...
- Siz fəsillərin şahı baharda dünyaya gəlibsiniz. Təbiidir ki, ömrünüzə gələn hər yeni bahar sizi sanki, sizdən ayırır. Düşünür, xatırlayır, təsirlənirsiniz... Yenidən özünüzə qayıdırsınız... Həmin anlarda təəssüfləndiyiniz nələr olur?
- Bu ana qədər yaxşı nə varsa, onların geri qayıtmayacağına heyfslənir və təəssüflənirəm...
- Deyirlər ki, valideyninin arzularını həyata keçirən övlad ideal­dır...
- Doğrudur. Əksər hallarda görkəmli şəxslərin övladları (törə­mələri) onların davamçıları olurlar.- Siz elmi yaradıcılığınızı davam etdirir, doktorluq işi üzərində çalışırsınız. İnşaallah... Müdafiəniz nə vaxta çəkər?
- Yeni vəzifəyə təyin olunmağım müəyyən qədər vaxtımı aparır.
- Aysəba müəllimə, siz bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi döş nişanına layiq görülmüsünüz. Sizin fəaliyyətinizə bələdik. Axı siz daha yüksək ada layiq görülməliydiniz?
- Bu, həqiqətdir. Mənə elə gəlir ki, ağıllı adam heç bir mükafat gözləmədən, fəaliyyət göstərməlidir. Amerikan filosofu R.Emerson demişdir: "İşin mü­kafatı onun nəticəsindədir"...
- Özünüzə hansı sualı verərdiniz və cavabı necə olardı?
- Özümə sualım budur: Həyatda istədiklərimi edə bilmişəmmi?!
- Ancaq bir qismini!!!
- Sizcə avropalaşmış ailələr İslamın qaydalarına riayət edirlərmi?
- Riayət olunmur. Lakin mən həm qatı dindarlığın həm də ifrat dərəcədə avropalaşmanın tam əleyhinəyəm. Birincisi insanların cəhalətə aparılması, ikinci isə əxlaqi keyfiyyətlərin itirilməsi deməkdir.
- Sizcə qadın üçün yüksək titul, vəzifə, yoxsa ailə gərəklidir?
- Qadının təmiz ailə sahibi olmağı onun ən yüksək tituludur.
- Saz özünün və mənsub olduğu xalqın xüsusiliyini qoruyub saxlaya bilən, yad dillərə tərcümə olunmayan, qədim musiqi alə­ti­dir. Saz havalarına müna­sibətiniz...
- Baxır ki, sazı kim necə çalır, necə oxuyur. Mən öz dövrümdə tanınmış aşıqlardan Hüseyn Saraclını, Xındı Məmmədi, Kamandarı, Mustafanı, aşıq Al­qayıtı və saz ustası aşıq Ədaləti görmüş, (bunların bəziləri bizə yaxın olublar) onların saz havaları, ecazkar səsləri altında boy atmışam. Təəssüf ki, indiki aşıqlar arasında belə aşıqlar azdır...
- Muğamın elə qədim və dərin fəlsəfəsi var ki, ona sözün gücü çatmır. Söz muğamı istədiyimiz mənada, aça bilmir...
- Bütün xalqlar bir-birindən bir çox xüsusiyyətləri ilə yanaşı, öz mədə­niyyətləri ilə də fərqlənirlər. Muğam bizim xalqımızın mədəniyyətinin şah damarıdır, özəyidir. Damarlarımızda axan qanımızdır, analarımızın həzin və kövrək laylasıdır. Analar kör­pələrinə muğam üstündə layla çalırlar. Azər­bay­canı millətin zə­kasından qaynaqlanan muğamsız təsəvvür etmək qeyri-müm­kün­dür... Muğam da ana və vətən kimi bizə doğmadır...
- Bax beləcə müsahibəni başa çatdırıb son sətirlərimiзи yazmaq istəyirик...
Биз deyərdiк ki, Aysəba xanım onu sevənlərin bəxtinə do­ğul­muş yaradıcı alimdir, nəcib və böyük şəxsiyyətdir. Ona - gözəl ürəyin, gözəl zəkanın sahibinə ən ülvi duyğularımı bil­dirirəm. Arzu edirəm ki, ömrünüz kol dibində gizlənərək, yalnız baharda açılan bənövşə, nərgiz, yasəmən ətirli çiçəklərlə gülən yazda, daha da gülsün və həmişə təzə-tər olsun. Siz bir sevda Günə­şisi­niz. Çiçəklər qədər zərif naxışlanıb, məhəbbətin özü kimi ürək­lərə paylan­mısınız... Sizi yalnız özünüzə məxsus olan sa­dəli­yinizlə tanıyıb, bəyənib, sevənlər çoxdur...
«Şərqin səsi» qəzeti.


Aysəba ƏlizadƏ
(AYŞAMXAL)

Ay vətən!


Bəm-bəyaz zirvəli dağın görəndə,
Sağına boylanıb, solun görəndə
Havasını udub, suyun içəndə
Ürək dağa dönür, dağa ay vətən!
Qırmızı xalını çölə sərəndə,
Qarağat kolları pərən-pərəndə
Kəklikotu, yarpız, lilpar dərəndə
Ürək dağa dönür dağa ay vətən!
Nəfəsim dayanır çox gec gələndə
Dilə gəlir sanki, çölün çəmən də!
Ziyarət edirəm həsrət çəkəndə
Ürək dağa dönür, dağa ay vətən!
11.07.2012

Həyat yoldaşıma cavab!

Deyirsən: qoyacam sənin heykəlin,
Əvəzində edib-etdiklərinin!
Deyirəm: çox gecdir, qiymət verməyin,
Mənasız şey olar qəbul etməyim!
Ağarmış saçlarım, bükülmüş belim,
Nəyimə lazımdır, sənin heykəlin!
Kaş qiymət verəydin cavanlığımda!
Sevincli günümdə, çətin anımda!
Mənimlə olaydın, mənim yanımda!
Nəyimə lazımdır “mənsiz” heykəlin!
Yanvar 2011

Sonanın Ceyranı!

Ceyranın adını “Sona” qoymuşam,
Qara gözlərinə heyran olmuşam!
Buynuzuna neçə “ödül” taxmışam,
Onu Sonam mənə hədiyyə edib!
Xalları Sonanın ürək xalıdır,
Hər biri bəlkə də dərdin sayıdır.
Elə bil bacımın ekiz tayıdır,
Onu Sonam mənə hədiyyə edib!
Sevdiyim dəyərli dostun payıdır,
Baxmağım fərəhli, həm də ağırdır.
Oxşasam da yenə ürək ağrıdır,
Onu Sonam mənə hədiyyə edib!
16.X.2012

Nə gözəldir!

Çisginli dağların çənli zirvəsi,
Ətir saçan kəklik otlu təpəsi.
Moş, qarağat, nemət dolu dərəsi,
Ah! Nə gözəldir, ilahi, nə gözəl.
Lilparlı, yarpızlı suyun hövzəsi,
Hər daş alta qızıl balıq ləpəsi.
Dolu kötüklərdə balın pətəsi,
Ah! Nə gözəldir, ilahi, nə gözəl.
22.05.2012

“Bənövşə gülüm”-ə əlavə

Elə gözəlsən cənnət rəngində,
Qısılıb bitirsən kolun dibində.
Ürəyimə od düşür boynun əyəndə,
Güllərin içində a zərif gülüm!
09.02.2011


Bunu sən də bil!

Əyrini düz bilib yola qoşanda,
Nəfislər püsgürüb yaman coşanda.
Doğru da yolun azıb, çaşanda
Orada mən yoxam, bunu sən də bil!
Yolu kimin düşsə çətin-asanda
Onda “müdrik” olur kəsib asan da!
Mərd insanı namərd bilib basanda,
Onunla mən yoxam, bunu sən də bil!
Toxluğundan gözü yaman acanda,
Bir şey axtarır boru-bacada!
Alver üçün gedir bəzən Haca da!
Gözü tox adamam, bunu sən də bil!
İtirsəm tapmaram haqqın yolunu
Salam üçün sağ əvəzi solunu
Naxələf işlərdə imza-qolumu,
Atmaram heç zaman, bunu sən də bil!
22.05.2012

Bir az sevgi ver

Bir azca da sevgi ver, mənə ay Allah!
Paylayım sevgisi az olanlara!
Səpim ürəklərə, dəyişsin onlar,
Sevgi qəlblərinə hey dola-dola!
Bilsin mərhəməti qəddar olanlar!
Bir az da sevgi ver hər bir insana
Yer üzün əşrəfi sayılanlara
Fitnə fəsad törədən nadanlara!
Dəyişsin dünyasın, pay ala-ala
El-oba içində həm xar olanlar.

Axtarma Məni!

Təklənib həyatda yalqız qalanda,
Səndən uzaq olar əziz balan da!
Az olar adamı yada salan da,
Qədərdə-qəhərdə axtarma məni!
Süfrəni masaya özün salanda,
Oturan olarsa sağın-solunda,
Adamın birisi əskik olanda
Qəmində-qüssəndə axtarma məni!
Qapının zəngini kimsə çalanda,
Sevincdən diksinib onu açanda,
Naümid gələnə nəzər salanda,
Gələnin üzündə axtarma məni!
Gözlərin böyüyüb yaşla dolanda
Bil ki, səninləyəm, sənin yanında!
Dözümlü, mətin ol, belə anında,
Heç kimin izində axtarma məni!
İnsan gəlir-gedir real həyatda,
Sevinir, qəmlənir bu son məkanda,
Gözlərəm gəlişin elim-obamda,
Çölündə, düzündə axtarma məni!..

B A Ğ D A
Yazın ilıq havası,
Qaranquşun yuvası,
Ət-bala, yumurtası,
Bağa gözəllik verir!
Uşaqların şən səsi,
Quşların jəh-jəhəsi,
Günəşin al şöləsi,
Bağa gözəllik verir!
Yaşıl otun xalısı,
Çiçəklərin hamısı,
Hərdənbir də abısı,
Bağa gözəllik verir.
Tutların tappıltısı,
Həm iri, həm dadlısı,
Moş-qarağat koması,
Bağa gözəllik verir.
İnnabın kəhrəbası,
Üzümün sallanması,
Heyvanın lap sarısı,
Bağa gözəllik verir.
Narın da narınj
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: