Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib TƏBRİK EDİRİK!..

Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının (МАПРЯЛ) Rəyasət Heyətinin 22 aprel 2016-cı il tarixli qərarı ilə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev "A.S.Puşkin medalı" ilə təltif edilib.

ZiM.Az xəbər verir ki, Assosiasiyanın və Rusiya Təhsil Akademiyasının Prezidenti akademik Lyudmila Verbitskayanın təbrik məktubunda professor A.Hacılının uzunmüddətli uğurlu elmi, pedaqoji və yaradıcı fəaliyyətinə, rus dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğatında və millətlərarası münasibətlərin güclənməsində əvəzolunmaz xidmətinə görə minnətdarlıq bildirilir.

Biz də çox hörmətli professor Asif Hacıyevi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI.






.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: