BSU-nun tələbəsi “Əsrin ziyalısı – sədaqətli Əliyevçi” mükafatına layiq görülüb

BSU-nun tələbəsi “Əsrin ziyalısı – sədaqətli Əliyevçi” mükafatına layiq görülüb Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin tələbəsi Tamerlan Ələkbərov Ulu öndər Heydər Əliyev ideyalarının təbliğində fəal mövqeyinə və təhsildə qazandığı uğurlara görə Xeyriyyə İctimai Birliyi tərəfindən “Əsrin ziyalısı – sədaqətli Əliyevçi” mükafatına layiq görülüb.

Təltifetmə mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev gənc fəalın bədii və ictimai fəaliyyətindəki uğurlarından söz açıb.
Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev ideyalarının təbliği istiqamətində Bakı Slavyan Universitetində silsilə tədbirlər keçirilir. Gənclərin bu yöndə göstərdikləri xidmətləri yüksək qiymətləndirən Asif Hacıyev Tamerlan Ələkbərova medal və “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabını təqdim edib.

Sonra Əsrin Ziyalıları İctimai Birliyinin sədri Məleykə Göyçəlimədəniyyət xadimi İldırım Qasımov Tamerlan Ələkbərovu təbrik edib, yeni nailiyyətlər arzulayıblar.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: