Heydər Əliyevin
Vətən, xalq qarşısındakı
xidmətləri əvəzsizdir!
Bakı Slavyan Universitetində (BSU)
ümummilli lider
Heydər Əliyevin
xatirəsinə həsr olunan
anma mərasimi
keçirilib.
Tədbirdə Bakı Slavyan
Universitetinin rektoru,
professor Asif Hacıyev
Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə qayğısından söz açıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin elm və təhsil sahəsinə xüsusi diqqətindən danışan rektor qeyd edib ki, dahi rəhbər tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ümummilli Liderin arzuladığı yolla fəaliyyətini davam etdirir, respublikamızın Şərqi Avropa və slavyan ölkələri ilə əlaqələrinin genişlənməsində, Azərbaycan həqiqətlərinin xaricdə təbliğində mühüm rol oynayır. Rektor Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Bakı Slavyan Universitetinə qayğı və diqqətini əsirgəmədiyini vurğulayıb, dövlətimizin başçısının son illər BSU barədə imzaladığı sərəncamları dərin minnətdarlıqla tədbir iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Dövlət müşaviri bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Bugünkü Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin arzu etdiyi kimidir. Ulu Öndər quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib. Azərbaycanın ən ağır anlarında dahi şəxsiyyət Heydər Əliyev daim xalqın yanında olub. Xalqımız çətin anlarında müdrik rəhbərinə üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Prezident İlham Əliyev Ümummilli Liderin siyasi yolunu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru inamla irəliləyir.
Digər çıxış edənlər də Ulu Öndərin çoxcəhətli fəaliyyətindən, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.
Sonra Ümummilli Liderin xatirəsinə həsr olunan slayd təqdim edilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.