“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bakı Slavyan Universitetində qonaq olub

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bakı Slavyan Universitetində qonaq olub Bilik günü münasibətilə respublikamızın bir sıra orta və ali təhsil ocaqlarında Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Heydər Əliyev Azərbaycan Multikulturalizminin siyasi banisidir” mövzusunda dərs saatları təşkil edilir. Bununla əlaqədar olaraq sentyabrın 15-də “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Slavyan Universitetində qonaq olub.

Müxtəlif fakültələr üzrə təhsil alan tələbələrlə görüş zamanı BSU-nun rektoru, professor Asif Hacıyev Bilik günü münasibətilə onları təbrik edib və uğurlar arzulayıb.

Bakı Slavyan Universitetində qonaq olmaqdan məmnunluuğunu bildirən Bayram Hüseynzadə multikulturalizmin Azərbaycanda inkişafından söhbət açıb.
Dini dözümlülük, tolerantlıq, multikultural dəyərlərimizin Avropa multikultural dəyərləri ilə müqayisəsi fonunda müzakirələr aparılıb.
İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr də fikir mübadiləsində iştirak ediblər və onların çoxsaylı sualları cavablandırılıb.

Görüşün sonunda Bayram Hüseynzadə Bilik günü münasibətilə tələbələri təbrik edib və onlara yeni nailiyyətlər arzulayıb.

BSU-nun Mətbuat xidməti


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: