Bakı Slavyan Universitetində islahatlar davam edir

Bakı Slavyan Universitetində islahatlar davam edir
Bakı Slavyan Universitetinin (BSU) strateji inkişaf planına uyğun olaraq,
mövcud strukturların
optimallaşdırılması,
kadr potensialından
daha səmərəli
istifadə olunması
məqsədilə
islahatlar
davam edir.


Universitetdən AZƏRTAC-a bildiriblər ki, BSU-da yeddi kafedra, beş şöbə və iki elmi-tədqiqat laboratoriyası ləğv edilib.
Ləğv edilmiş strukturların bir sıra funksiyaları müvafiq qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb.
Ləğv olunmuş fakültələrin bazasında filologiya və jurnalistika, beynəlxalq münasibətlər və tərcümə fakültələri yaradılıb.
Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, təhsilin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək.

Hazırda universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası digər strukturların da mərhələlərlə optimallaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRTAC


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: