Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)
Tanış olun:

Əfəndiyev Şirxan Hüsaməddin oğlu
-
22 fevral 1984-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb. 1990-cı ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1993-cü ilədək həmin məktəbdə oxuyub. 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçüblər. O, təhsilini Nərimanov rayonundakı 66 saylı orta məktəbin 5-ci sinfindən davam etdirib və 2000-ci ildə həmin məktəbin 11-ci sinfini bitirərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Hüquqşünaslıq ixtisasına sahib olub.

Əmək fəaliyyətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində başlamaqla, 2000-ci ildən 2001-ci ilədək kargüzar, 2001-ci ildən 2005-ci ilədək məhkəmə iclas katibi, 2005-ci ildən 2010-cu ilədək məsləhətçi vəzifələrində çalışıb. 2010-cu ildə Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının keçirdiyi imtahandan müvəffəqiyyətlə keçərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hakim köməkçisi vəzifəsinə təyin olunub. 2012-ci ilədək bu vəzifədə işləyib. 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən keçirilmiş imtahandan uğur qazanıb və Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyətini dondurmaqla, 2012-ci ildən 2013-cü ilədək Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışıb. 2013-cü ilin fevral ayından vəkillik fəaliyyətini bərpa edib, hal-hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı Hüquq Məsləhətxanasının vəkili kimi fəaliyyətini davam etdirir. Ailəlidir, iki oğlu var.

Hüquqşünas Şirxan Əfəndiyev (1984) Bu günlərdə Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi ilə bağlı xüsuisi təlimlər keçirilmişdir və təlimin nəticəsi olaraq təlimçilərə sertifikatlat verilmişdir.

Şəkildə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru cənab Elçin Xələfov tərəfindən
Şirxan Əfəndiyevə
təqdim edilmiş sertifikatın
təqdimat mərasimindən...


Biz də gənc hüquqşünas Şirxan Əfəndiyevi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: