UNUTSAQ, UNUDULARIQ!..
Məhəmmədəli Novruz oğlu Məmmədov -
1934-cü ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Lüksemburq (indiki Bolnisi)
rayonundakı Darvaz kəndində anadan olub.
1953-cü ildə Darvaz kənd orta məktəbini bitirib və
elə həmin il Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) məntiq-psixologiya fakültəsinə
daxil olub və 1958-ci ildə həmin fakültəni
müvəffəqiyyətlə bitirib.
1959-cu ildə ADU-nun (indiki BDU-nun)
aspiranturasına daxil olub.
1965-ci ildən Gəncə Dövlət Pedaqoji İnstitutunda
(indiki GDU-da) assistent, müəllim, dosent və
professor vəzifəsində çalışıb.
1968-ci ildə namizədlik və 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
Fəlsəfə elmləri doktoru, professor Məhəmmədəli Məmmədov
1994-cü ildən Gəncə Dövlət Pedaqoji İnstitutunda
(indiki GDU-da) fəlsəfə və politologiya kafedrasının
müdiri vəzifəsində çalışıb.
100-dən artıq elmi əsərin, o cümlədən, bir neçə kitabın, 5 elmi-metodik göstərişin və
onlarla elmi-publisistik məqalənin müəllifi olan professor M.Məmmədov 40-dan çox beynəlxalq,
keşmiş ittifaq və respublika səviyyəli elmi konfrans və simpoziumda iştirak edib,
Azərbaycanın görkəmli filosoflarından biri kimi tanınıb.
Yaşasaydı indi anadan olmasının 85 illik yubileyini təbrik edəcəyimiz dəyərli soydaşımız,
tanınmış filosof alim, fəlsəfə elmləri doktoru, professor Məhəmmədəli Novruz oğlu Məmmədov
2000-ci ildə 66 yaşında Bakı şəhərində vəfat edib və Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda
dəfn olunub. Allah rəhmət eləsin!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.