İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

İbrahim İsmayıl oğlu Güləhmədzadə -1942-ci ildə
qədim Borçalı mahalında, indiki Gürcüstanın
Bolnisi rayonundakı Darvaz kəndi
ndə anadan olmuşdur.
1949-cu ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1959-cu ildə həmin məktəbi müvəfəqiyyətlə bitirmişdir.

1959-cu ildə Azərbaycan Dövlət Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) daxil olmuş,
1964-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı vəzifəsində çalışmışdır.

İbrahim Güləhmədzadə 1967-1970-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) əyani aspiranturasında oxumuş, 1971-ci ildə isə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1970-ci ildə həmin ali məktəbin sənaye iqtisadiyyatı kafedrasında müəllim
1971-ci ildən 1978-ci ilə qədər baş müəllim işləmişdir.
1978-ci ildən 1988-ci ilə kimi həmin kafedrada dosent vəzifəsində çalışmışdır.
1988-ci ildən N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) sənaye iqtisadiyyatı kafedrasına dosent seçilmişdir.
1988-ci ilin ikinci yarsından 1998-ci ilə qədər plan-iqtisad fakültəsinin dekan müavini vəzifəsini icra etmişdir.

Dosent İbrahim Güləhmədzadənin 50-ə yaxın elmi əsəri çap olunmuşdur.
O, dəfələrlə respublikada keçirilən elmi müşavirə və konfranslarda yaxından iştirak etmiş,
elmi məqalələr çap etdirmişdir.

İbrahim Güləhmədzadə həm də gözəl ailə başçısı olmuşdur. İki qızı var. Hər ikisi həkimdir.

İbrahim Güləhmədzadə təəssüflər olsun ki, 1998-ci ildə ömrünün gözəl çağında - 56 yaşında
Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: