1999-cu ildən valideynləri Rusiyanın Volqoqrad şəhərinə köçdüyündən Təbriz də təhsilini burada alıb.
2013-cü ildə orta məktəbi bitirib.
İdman karyerasına 2007-ci ildə Volqoqradın “Zenit” fitbol klubunda başlayan Təbriz qısa müddətdə yeniyetmə futbolçu kimi diqqət çəkib, bir müddət sonra hətta Azərbaycanın U17 milli yığmasına da dəvət alıb, komandanın heyətində bir neçə yoldaşlıq görüşündə iştirak edib. Təəssüf ki, aldığı zədə onun futboldan aralanmasına səbəb olub.
Amma bütünlüklə idmandan uzaqlaşmayıb.
2015-ci ildən Volqoqrad şəhərində kikboksinq K1 idman növü ilə məşğul olmağa başlayıb və qısa müddətdə əldə etdiyi uğurlarla bu sahədə də bacarıqlı idmançı olduğunu sübut edə bilib.
Dörd ilə ərzində keçirdiyi 155 görüşdən 141-də qalib gəlib, ancaq 14 dəfə məğlub olan Təbriz İsmayılov hazırda Rusiya Federasiyasının idman ustası, RF Kubokunun qalibidir. Gənc həmyerlimiz eyni zamanda Çexiyada keçirilən Avropa kuboku uğrunda mübarizədə və dünya kuboku üzrə İtaliyada keçirilən yarışda 3-cü yeri tutaraq qaliblər sırasında olub. Dominikanda keçirilən beynəlxalq turnirdə isə 1-ci yeri tutub. Azərbaycan və İran komandalarının Bakıda keçirilən görüşündə milli komandanın tərkibində çıxış edərək qalib olub.
Hazırda Volqoqrad şəhərində yaşayan və peşəkar idmançı kimi fəaliyyətini davam etdirən Təbriz İlqar oğlu İsmayılov son bir il ərzində keçirdiyi 5 görüşdən 4-də qalib gəlib, yalnız bir görüşdə məğlub olub.
Vətəndən uzaqlarda Darvazın və Borçalının adını ucaldan gənc eloğlumuzu təbrik edir
və daha böyük uğurlar arzulayırıq!
Elşad ÇOBANLI
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.