Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970) Hacıyev Elman İbrahimxəlil oğlu -
1970-ci il mayın 30-da qədim Borçalı mahalında,
indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində
dünyaya göz açəb.

1977-ci ildə doğma Darvaz kəndindəki
orta məktəbə daxil olub, 1987-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1987-ci ildə Nijninovqorod Ali Hərbi İnşaat Komandanlıq Məktəbinə daxil olub.
1991-ci ildə həmin Ali Hərbi Məktəbin
"Binaların və qurğuların istismarı" üzrə
mühəndis ixtisasını bitirib.

1991-ci ildə xidmətimi davam etdirmək üçün
Türkistan Hərbi Dairəsinə göndərilib.

1991-ci ilin avqust aynından 1991-ci ilin noyabr ayna qədər N saylı hərbi hissədə, 1991-ci ilin noyabr ayından 1992-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə taqım komandiri vəzifəsində çalışıb.

Polkovnik ELMAN HACIYEV (1970) 1992-ci ilin avqustundan xidmətimi davam etdirmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə köçürülüb.

1992-ci ilin avqust ayından 1993-cu ilin mart ayına qədər bölük komandiri vəzifəsində, 1993-cü ilin mart ayından 1995-ci il sentyabr ayina qədər qərargah rəisi vəzifəsinin icrasında, 1995-ci ilin sentyabr ayından 1997-ci ilin aprel ayına qədər N saylı hərbi həssədə xüsusi təyinatli bölüyün komandiri, 1997-ciin il aprel ayından 1999-cu il avqust ayına qədər N saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri vəzifəsində, 1999-cu il avqust ayından 2005-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə kəşfiyyat rəisi vəzifəsində, 2005-ci ilin iyun ayından 2007-ci ilin fevral ayına qədər N saylı hərbi hissənin kəşfiyyat şöbə rəisinin baş köməkçisi vəzifəsində, 2007-ci ilin fevral ayından 2008-ci ilin mart ayına qədər N saylı hərbi hissənin kəşfiyyat bölməsinin bölmə rəisinin köməkçisi (kəşfiyyatın planlaşdırılması üzrə) vəzifəsində çalışıb.

2008-ci ilin mart ayından 2010-cu ilin avqust ayına qədər N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi, 2010-cu ilin avqust ayından 2013-cü ilin yanvar ayına qədər qədər N saylı hərbi hissənin kəşfiyyat bolməsinin zabiti-bölmə rəisinin köməkçisi (məlumatların toplanması və təhlili üzrə) vəzifəsində, 2013-cü ilin yanvar ayından 2014-cü il aprel ayına qədər N saylı hərbi hissədə şəxsi heyət bölməsinin rəisi vəzifəsində, 2014-cü ilin aprel ayınadan 2015-ci ilin mart ayına qədər N saylı həri hissədə əməliyyat bölməsinin qərargah rəisinin müavini vəzifəsində, 2015-ci il mart ayından 2016-cı ilin mart ayına qədər N saylı həri hissədə əməliyyat bölməsinin rəisi-qərargah rəisinin müavini vəzifəsində xidmət edib.

Polkovnik ELMAN HACIYEV (1970) 2016-cı ilin mart ayından Əməliyyat Baş İdarəsinin Ehtiyat Komanda Məntəqəsi Şöbəsinin İstiqamətçilər bölməsinin rəisi vəzifəsində çalışıb.

Polkovnik Elman Hacıyev 07.04.2017-ci ilin aprel ayından Döyüşü idarə etmə mərkəzinin əməliyyat növbətçisi-şöbə rəisinin döyüşü idarə etmə üzrə müavini vəzifəsindən öz arzusu ilə təxris olunub.

Müharibə veteranıdır.
Hazırda təqaüddədir.
Bakı şəhərində yaşayır.

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: