
İlahi!.. 40 gün necə də tez gəlib keçdi…
Ötən 2023-cü ilin dekabr ayının 11-də
aldığımız acı xəbər hamımızı sarsıtdı…
Ulu Borçalının ağır ellərindən olan
Darvaz kəndinin tanınmış el ağsaqqalı,
din xadimi, elimizin-obamızın sevimlisi,
zəhmətkeş, halal-hümmət, əməli-saleh,
yurdsevər, vətənpərvər və xeyirxah insan
- Hacı Mirzalı Mansur oğlu Namazovun
Bakı şəhərində vəfatı xəbəri
ürəyimizi param-parça elədi…
Mərhum 2023-cü il dekabrın 13-də
Bakıdakı Bakıxanov qəsəbəsindən
böyük bir izdihamla son mənzilə
yola salındı.
(Ünvan: Bakı şəhəri,
Əhməd Bakıxanov küçəsi, ev 44)
Dekabrın 14-də
Bakıxanov qəsəbəsindəki
“VİDA” mərasim evində
Mərhumun əziz xatirənə
hörmət əlaməti olaraq
Böyük Ehsan verildi…
2024-cü il yanvarın 21-də
yenə elə həmin ünvanda
- Bakıxanov qəsəbəsindəki
“Vida” mərasim evində
mərhum Hacı Mirzalının
40 mərasimi keçiriləcək.
Bütün Mirzalısevərlər dəvətlidir.
ALLAH RƏHMƏT ELƏSİN…

HACI MİRZALInın vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə,
doğmalarına, əzizlərinə,
xüsusilə də oğulları -
Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsinin
“Riyaziyyat və onun tədrisi metodikası”
kafedrasının dosenti,
fizika-riyaziyyat elmləri namizədi
Namazov Faiqə və
tanınmış iş adamı
Namazov Təbrizə, eləcə də,
bütün yaxınlarına
dərin hüznlə başsağlığı veririk.
ALLAH RƏHMƏT ELƏSİN!..
RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!..
Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
“Ziya” qəzetinin,
"ZiM.Az" və “Ziya.info.az”
saytlarının baş redaktoru,
“Bolnisi.Az” və "Borcali.org" saytlarının təsisçisi və
Redaksiya Heyətinin rəhbəri
ZiM.Az
.