Polkovnik-leytenant VAQİF BAYRAMOV (1959)

Polkovnik-leytenant VAQİF BAYRAMOV (1959)
VAQİF
MÜSƏLLİ OĞLU
BAYRAMOV
hərbçi,
polkovnik-leytenant
(21.12.1959)

Vaqif Müsəlli oğlu Bayramov 1959-cu il dekabrın 21-də
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
O, Darvaz kənd orta məktəbini (1966-1976), Azərbaycan Dövlət Politexnik İnstitutunun metallurgiya fakültəsini (1977-1982), Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki Ali Hərbi Mexaniki Məktəbin Yanacaq və Sürtgü materialları üzrə ixtisasartırma fakültəsini fərqlənmə diplomu ilə bitirib.(1989).
1982-ci ildən keçmiş Sovet ordusunda hərbi xidmətə başlayıb, müxtəlif vəzifələrdə xidmət edib (1982-1992),
N saylı hərbi hissədə Yanacaq və sürtgü materialları xidmət rəisi (1989-1992) vəzifəsində çalışıb.

Vaqif Bayramov Azərbaycanda Milli Ordu yarananda öz kömək əlini uzadıb, ilk olaraq Milli Orduya yazılanlardan olub. Azərbaycan Respublikası Müdafiə Nazirliyində Yanacaq və Sürtgü Materialları şö'bəsində rəis müavini və rəis (1992-1995), Hava Hücumundan Müdafiə və Hava hücumu qoşunları hərbi hissələrində komandirin Arxa cəbhə üzrə müavini, Arxa cəbhə rəisi (1995-1999) kimi mə'sul vəzifələrdə xidmət edib.
Qarabağ Müharibəsi veteranıdır.

Polkovnik-leytenant V.M.Bayramov 1999-cu ildən təqaüdə çıxana kimi Hava Hücumundan Müdafiə və Hərbi Hava Qoşunlarının Maddi-texniki tə'minat aparatının təşkilatçı-planlaşdırma bölməsinin rəisi — Maddi-texniki tə'minat rəisinin müavini vəzifəsində xidmətini şərəflə davam etdirib. O, hərbi xidməti ilə əlaqədar bir neçə medal və fəxri fərmanla təltif olunmuşdur.

Hazırda təqaüddə olan polkovnik-leytenant Vaqif Bayramov həm də gözəl ailə başçısıdır.
Ömür-gün yoldaşı Təranə xanımla birlikdə 3 övlad - bir qız, iki oğul böyüdüb boya-başa çatdırıb.
Üçü də ali təhsilli və evlidirlərdir.
Qızı Aynur - hərbi həkimdir. Oğlu Elnur hüquqşünasdır, Ədliyyə kapitanıdır. Kiçik oğlu Anar isə iqtisadçıdır.

Polkovnik-leytenant VAQİF BAYRAMOV (1959) Polkovnik-leytenant VAQİF BAYRAMOV (1959) Biz də hələ ki 4 nəvənin sevimli babası olan Vaqif Bayramova uzun ömür, möhkəm çansağlığı, ailə səadəti, nəvə-nəticə toyu görməyi arzulayırıq!..

Müşfiq BORÇALI.


(Bax: BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları. Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.87-88.)





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: