Polkovnik TOFİQ ŞAHBAZOV (1950)

Polkovnik TOFİQ ŞAHBAZOV (1950)
TOFİQ
BİLAL OĞLU
ŞAHBAZOV
hərbçi, polkovnik.
(17.06.1950)

Tofiq Bilal oğlu Şahbazov - 1950-ci il
iyunun 17-də qədim Borçalı mahalında - indiki
Gürcüstan Respublikasının Bolnisi rayonundakı
Dəmirli kəndində anadan olub.
O, qonşu Darvaz kəndində orta məktəbi (1967),
Tbilisi Artilleriya məktəbini (1969-1972),
Penza Ali Artilleriya Mühəndisləri Məktəbini (1975-1980) fərqlənmə diplomu ilə bitirib.
Zabit kimi ordu sıralarında müxtəlif vəzifələrdə
xidmət edib (1972-2000).

Ali Hərbi Artilleriya məktəbində Raket və artilleriya silahları kafedrasında müəllim (1980-1984),
baş müəllim (1984-1989), Bakı Dövlət Universitetinin Hərbi kafedrasında baş müəllim (1989-1991), həmin kafedrada Tank Əleyhinə Raket Kompleksinin döyüşlərdə istifadəsi silsiləsinin rəisi (1991-1992), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlar və Texnika İdarəsinin qərargah rəisinin müavini və rəisi (1992-1994), Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Yerüstü Artilleriya kafedrasında silsilə rəisi (1994-1995), Müdafiə Nazirliyində Silahlandırma İdarəsinin raket və artilleriya silahları şö'bəsinin rəisi (1995-1998), Silahlı Qüvvələrin Maddi-texniki tə'minatı idarəetmə aparatında raket və artilleriya silahları xidməti rəisi (1998-2000), Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Yerüstü Artilleriya kafedrasında raket və artilleriya silahları silsiləsinin rəisi (2000) vəzifələrində xidmət etmişdir.

O, Qarabağ ətrafında gedən döyüşlərdə, o cümlədən, Füzuli-Horadiz istiqamətində (yanvar-fevral 1994) və Murovdağ döyüşlərinin təşkilində və həyata keçirilməsində (mart-iyul 1994) fəal iştirak etmişdir.

Hazırda təqaüddə olan polkovnik Tofiq Şahbazova uzun ömür və möhkəm cansağlığı arzulayırıq!..

Müşfiq BORÇALI.


(Bax: BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları. Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.154-155.)





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: