Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)
FİRDOVSİ
BAYRAM OĞLU
BAYRAMOV
polis mayoru
(1954)

Firdovsi Bayram oğlu Bayramov
- 1954-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
O, Darvaz kənd orta məktəbini (1971), Dnepropetrovsk şəhərində Xüsusi Milis əməliyyat məktəbini (1981), ilkin ixtisaslaşma kursunu bitirib. 1975-ci ildən əmək fəaliyyətinə başlayıb. Tbilisi şəhərində daxili qoşunların milis alayında milis nəfəri (VIII.1975-VI. 1976), Tbilisi şəhərində bir saylı istintaq təcridxanasında korpus rəhbəri (1976-1978), Ukraynanın Xarkov şəhərində milis nəfəri (1978-1979), Xarkov şəhərindəki Moskva rayonu polis şöbəsində əməliyyat-axtarış müvəkkili (1979-1981), Xarkov vilayətinin Volçanski rayonunda milis sahə müvəkkili (1981-1982), Azərbaycan Respublikasının Xaçmaz rayonu Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili (1982-1983), Zaqatala rayonu Daxili İşlər Şöbəsində sahə müvəkkili (1983-1992), baş növbətçi-inspektor (1992-1995) vəzifələrində işləyib.

Firdovsi Bayramov 1995-ci ilin avqust aıından təqaüdə çıxana kimi Zaqatala rayonu Daxili İşlər Şöbəsində qərargah rəisi vəzifəsində şərəflə çalışmışdır.

O, nümunəvi xidmətlərinə görə “İxtisas-peşə dərəcəsi”, “Milis əlaçısı” döş nişanı, digər medallar və Daxili İşlər Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.

Mayor F.Bayramov Dağlıq Qarabağ uğrunda döyѓşlərdə iştirak edib (1988-1994), müharibə veteranıdır.

“Mübariz keşikdə” qəzetində dəfələrlə “Söz verilir qabaqcıllara!” rubrikasında onun haqqında yazılar dərc olunubdur.

Hazırda təqaüddə olan və ictimai əsaslarla "Şərqin səsi" qəzetində hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Firdovsi Bayramov həm də saz-söz vurğunudur. Şeirləri "Şərqin səsi", "Ziya", "Təhsil" və s. müxtəlif qəzetlərdə dərc olunub.

Biz də Firdovsi Bayramova uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


(Bax: BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları. Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh. 173-174.)





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: