Diasporla iş üsrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira xanım Xəlilova ZİM.AZ - a bildirib ki, BMT Baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, Parlament rəhbərinə və millət vəkillərinə ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.
Məktubda Njde haqqında geniş məlumat verilərək bildirilir ki, nasist ideologiyasına xidmət edən faşist general Hitlerin ölüm düşərgəsində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyət daşıyır. 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib.
Məktubda BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılır və bütün bunların fonunda Yerevanın mərkəzində faşist generala heykəl qoyulmasını Ermənistanın dünyaya meydan oxuması kimi qiymətləndirilir.
Danimarka azərbaycanlıları hesab edir ki, rəsmi Yerevanın bu addımı eyni zamanda İkinci Dünya müharibəsi qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliği, nasist “qəhrəmanlara” bəraət qazandırmaq cəhdlərinin qarşısını almalıdır.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.