Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək

Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək
Yeni Zelandiyada yaşayan
dəyərli soydaşımız
Tofiq Məmmədov
sentyabrın 23-də
bu ölkədə keçiriləcək
parlament seçkilərinə
qatılacaq.

ZiM.Az xəbər verir ki, T.Məmmədovun namizədliyi Yeni Zelandiyanın
Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan Tofiq Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T.Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.

Biz də dəyərli soydaşımız Tofiq Məmmədova yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: