Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb Diasporla İş üzrə Dövlət Komitəsində
20 Yanvar faciəsinin
29-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Komitə rəhbərliyi və əməkdaşların iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.


Komitə sədri Fuad Muradov yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı məlumat verib. Müstəqillik uğrunda Azərbaycan xalqının nümayiş etdirdiyi fədakarlığı dilə gətirib, baş vermiş hadisələrin humanizmə və insanlığa qarşı cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, hadisədən dərhal sonra yanvarın 21-də ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciə ilə bağlı bəyanatla çıxış edib, o zaman hələ hakimiyyətdə olan kommunistlərə, onların rəhbərinə öz etirazını bildirib. O cümlədən, hadisələrə siyasi qiymətin də, məhz ulu öndər tərəfindən 1994-cü ildə verildiyi qeyd olunub.

Komitə rəhbəri ölkə başçısı cənab İlham Əliyev tərəfindən də bu hadisələrin iştirak-çı¬\larının, onların övladlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd edib ki, ölkə başçısı 20 yanvar faciəsinin iştirakçılarına, onların sağ qalmış ailə üzvlərinə daim qayğının göstərilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Çıxış zamanı hadisələrin nəticələrinin dünyaya tanıdılması, 20 yanvar şəhidlərinin ailə üzvlərinə qayğının göstərilməsi istiqamətində Heydər Əliyev

Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd edilib.

Komitə rəhbəri 20 yanvar hadisələri ilə bağlı diaspor təşkilatlarının da fəal şəkildə tədbirlər keçirməsi, həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində müvafiq ərazi şöbələrinə öz tövsiyələrini bildirib.

Daha sonra çıxış edən Komitə əməkdaşları 19-20 yanvar 1990-cı il tarixində Bakı şəhərində baş vermiş qırğınla bağlı düşüncə və təəssüratlarını bölüşüblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: