Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti İftar süfrəsi təşkil edilib

Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti İftar süfrəsi təşkil edilib Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti İftar süfrəsi təşkil edilib Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti İftar süfrəsi təşkil edilib Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti İftar süfrəsi təşkil edilib “Benilüks” Azərbaycanlıları Konqresininin və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının birgə təşkilatçılığı “Yüksəliş Gənclər Hərəkatı” nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri üçün iftar süfrəsi təşkil edilib.

Mətbuat xidmətinin rəhbəri Nicat Abbas ZiM.Az-a bildirib ki, İftar süfərində Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkilləri Jalə Əliyeva, Razi Nurullayev, Müşfiq Məmmədli, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, iş adamları, Diaspora və Media nümayəndələri iştirak ediblər.


“Benilüks” Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov çıxış nitqində Dünya Azərbaycanlılarının V Qurultayı haqqında danışdı. Qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb etdiyini xüsusi vurğuladı. Elsevər Məmmədov Dünya Azərbaycanlılarının V Zəfər qurultayı ilə bağlı ölkə başçına və Diasporla iş üzrə Dövlət Komitəsinə öz dərin təşəkkürünü bildirdi.

Elsevər Məmmədov qeyd etdi ki, “Benilüks” Azərbaycanlıları Konqresi “Dayaq” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində müharibə və post müharibə dövründə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri istiqamətində vətənimizdə müxtəlif formatlı layihələrdə iştirak etmiş və Diaspora dəstəyini göstərmişdir.

Bundan əlavə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçıları təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb.

ZiM.Az

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: